Təkfur sarayı | |
---|---|
41°02′02″ şm. e. 28°56′25″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | İstanbul |
Aidiyyatı | Bizans imperiyası |
Tikilmə tarixi | XIII əsr - XIV əsr |
Üslubu | Bizans memarlığı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Təkfur sarayı — İstanbulda olan Blaherne sarayı kompleksindən günümüzə qalan tək saray. İstanbulda, Fatih ilçəsi sərhədləri içərisində qalan Ədirnəqapı səmtində, quru surlarına bitişik olaraq inşa edilmiş, mövqe olaraq Ədirnəqapı və Əyriqapı arasında qalan qalın divarlı saray "Təkfur sarayı" olaraq adlandırılar.
Təkfur sarayının nə zaman və kimlər tərəfindən inşa edildiyi mövzusunda dəqiq bir məlumat yoxdur. Bəzi tarixi mənbələrdə, İsanın doğumundan sonra onuncu əsrdə Bizans imperatoru Porfirogenetosun əmri ilə inşa etdirildiyi və arxa hissəsində olan böyük sarayın əlavə binası olduğu bildirilir. Bu məlumatı rədd edən digər tarixi qaynaqlar isə miladdan sonra XIIIvə XIV əsrlərdə "Blakhernai sarayı" olaraq bilinən sarayda yaşayan xidmətçilərin iqamət etməsi üçün inşa edildiyi deyilməkdədir.
Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəth edilməsindən sonra Təkfur sarayı XVII əsrin sonlarına qədər metruk şəkildə qalmışdır. XVII əsrin sonlarında isə Təkfur sarayına zoopark qurulmuşdur. İstanbul şəhərinə səyyah olaraq gələn John Sandersonun rəvayətinə görə isə özündən qırx il əvvəl gələn Ogier Ghiselin də Busbecq, buradakı heyvanat bağçasında olan zürafəni görmək istəmiş lakin zürafə bir neçə gün əvvəl öldüyündən, dünyada heç bir ölkədə görə bilmədiyi bu canlını görmək və marağını aradan qaldırmaq üçün zürafənin məzarını qazdırmaq ilə marağını son vermişdir
XVIII əsrin əvvəllərində dulusçuluq atelyesi olaraq istifadə Təkfur sarayı XIX əsrin ortalarından etibarən şüşə və şüşə məhsulları emalatxanasına çevrilmişdir. Dünyaca məşhur Qaşıqçı almazı isə Təkfur sarayının zibilliyində tapılmışdır.
İndiki vaxtda isə yeni tarixi hadisələrə şahidlik etmək məqsədi ilə Təkfur sarayındakı arxeoloji qazıntılar davam etməkdədir.