Kiçik dodaqlar (labia minora), qadın reproduktiv sistemlərindən biridir. Vaginal bucağın hər iki tərəfindən sallanan dərilərdir. Kiçik dodaqlar, müxtəlif boyda, rəngdə və şəkildə ola bilər. Kişi üretrası və penis dərisi ilə bərabərdir
Kiçik dodaqlar böyük dodaqların tam altında yerləşir. Uşaqlıq yolunu əhatə edən, iki kiçik dəri qatından ibarətdir. Ölçüləri qadından qadına fərqli olur. Adətən kiçik cinsiyyət dodaqları böyük cinsiyyət dodaqları ilə örtülü olur. Bəzi qadınlarda kiçik cinsiyyət dodaqları nisbətən iri olub böyük cinsiyyət dodaqlarından xaricə çıxır və buda bəzi qadınlarda kompleks yaradır. Kiçik dodaqlarda yağ və tük olmaz. Qan damarları və sinir hüceyrələri olduqca çoxdur.[1]
Kiçik dodaqlar, klitordan aşağı və yana doğru və vagina girişinin hər iki tərəfindən arxaya doğru uzanaraq vagina girişi ilə xarici dodaqların arasında sona çatır. Kiçik dodaqların alt arxa ucları əsasən, bükülmüş dəri ilə önə birləşir.