Kiçik qıfotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Kiçik qıfotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Kiçik qıfotu (lat. Vinca minor) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü.
Vətəni Avropanın materik hissəsi və Kiçik Asiyadır. İngiltərə, Şimali Afrika, Amerika, Avstraliya və Yeni Zelandiyada yayılmışdır.
Həmişəyaşıl, çoxillik, nazik horizontal, kökümsovlu ot və ya kolcuqdur. Yarpaqları üzbəüz, ellipsvari, dərili, parlaq, uzunluğu 3-5 sm və eni 2,5 sm-dək olub, iti vəya küt, üstü yaşıl, alt tərəfi boz-yaşıl, saplaqların uzunluğu 2-5 mm, dəstələrdə 3 ədəd yerləşmişdir. Tək-tək göy-bənövşəyi rəngli çiçəkləri düz qalxan budaqların ucunda yerləşir. Çiçəkləri tək, diametri 2-3 sm, çiçək saplaqlarının uzunluğu 1-3 sm-dir. Kasacığı bitişik yarpaqlı, hissələrin uzunluğu 3-4 mm, iti, lansetvari-üçkünc, çılpaqdır. Çiçək tacı qıfvari, tünd göy və ya bənövşəyi-göy, uzunluğu təxminən 12 mm olan uzun, silindrik, nazik borucuqlu, küt kəsikli hissələrinin uzunluğu 10-12 mm-dir. Dişiciyi tükcüklü, ağızlıdır; yuxarı hissədə uzun, ağ tükcüklərlə örtülmüşdür. Erkəkcik saplaqları yumru, kasavari əyilmişdir; tozcuqları çiçək tacının borucuğunda oval formalı, uzunluğu 4 mm-dir. Yarpaqcıqları 2 ədəd, silindrik, ucu biz, yaşılımtıl, uzunluğu 7-8 sm-dir. Toxumları qonur, uzunsov, silindrik, əmzikli, kəkilsizdir. May-iyunda çiçəkləyir. Meyvələri avqust-sentyabrda yetişir. Toxum, yaşıl qələmlər və kolun bölünməsi yolu ilə çoxaldılır. Torpağa dəyən budaqları kök verir.
Meşələrdə, yamaclarda, kolluqlarda bitir. Torpağa az tələbkardır. Şəhər şəraitinə davamlədır.
Mərdəkan dendrarisində introduksiya edilmişdir. Respublikanın rayonlarında mədəni şəraitdə park və bağlarda rast gəlinir.
Park və bağlarda çiçəklərinin dekorativ xüsusiyyətinə görə istifadə olunur, müalicəvi əhəmiyyətlidir.