Kiçik qızılçətir | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Yarımtriba: Cins: Növ: Kiçik qızılçətir |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Kiçik qızılçətir (lat. Centaurium erythraea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü.
İkiillik ot bitkisi olub, hündürlüyü 35-40 sm-dir. Kökü böyük olmayan, zəif inkişaf edən, gövdəsi düzqalxan, tək və ya bir neçə saylı, dördtilli, yuxarı hissəsi çəngəlşəkilli budaqlanaraq yuxarıya doğru istiqamətlənmişdir. Gövdədə yarpaqları qarşı-qarşıya, oturaq, uzunsov-neştərşəkilli, uzunluğu 3 sm, damarları yaxşı görünən, kök üstündə olan yarpaqları və çətiri vardır. Çiçəyin uzunluğu 1,5 sm, tünd-çəhrayı rəngli olub, çətirçəkilli-süpürgəvari hamaşçiçəkdir. Adətən ömrünün 2-3 ilində çiçəkləyir.
Gövdəsi yarpaqlı və çiçəkli olmaqla, düzqalxan, tək və ya budaqlanan, yaşıl və ya sarımtıl-yaşıl, çılpaq, oyuqlu, qabırğalı, uzunluğu 10-30 sm, qalınlığı isə 2mm-dir. Kökətrafı yarpaqları uzunsov-tərsyumurtaşəkilli, küt, əsasından daralmış, uzunluğu 4 sm, qalınlığı isə 2sm-dir. Yarpaqları oturaq, qarşı-qarşıya, uzunsov-neştərvari, itiuclu, bütövkənarlı, çılpaq, qalxanşəkilli-süpürgəvari, çiçəkləri isə çəhrayı-bənövşəyidir. Kəskin iyli və acı dadlıdır.
Quru dərə və çəmənlərdə, suayrıcı sahələrdə rast gəlinir. Cənub zonaların subasar göl kənarlarında, bataqlıq, gölməçə, kiçik çay və kanal ətraflarında yayılır. Bəzən pöhrəliklərdə kiçik qruplar şəklində də rast gəlinir.
Sənaye əhəmiyyətinə görə ən çox toplanıldığı yer Ukraynanın Karpat bölgəsi hesab edilir. Xammalın toplanılması çiçəkləmə ilə eyni vaxtda (iyul-avqust) aparılmalıdır. Bitki bıçaq və ya oraqla kökətrafının yuxarı yarpaqlarının toplanılması məqsədəuyğun sayılır. Toplanılan xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə, çardaxda və ya 45-50ОС temperaturda, quruducu şkafda qurudulmalıdır. Bu zaman nazik doğranmış xammal 3-4 sm qalınlığında sərilməlidir. Yağışlı havada qurudulma quruducu şkafda aparılmalıdır. Bu halda çıxım 25%-ə qədər olur.
Havası quru, təmiz, sərin yerlərdə saxlanılmalıdır. Saxlama müddəti 3 ildir.
Yarpaqlarının tərkibində acı qlükozidlər (hensiopikrin və eritrosentaurin), 1%-ə qədər alkaloidlər (hensinin), flavonoidlər, askorbin turşusu və ksanton vardır.
Həzmi yaxşılaşdırır, iştahartırıcı və ödqovucu dərmandır.
Cövhəri iştahsızlıq zamanı mədə-badırsaq traktının sekretor və motor funksiyasını artırır, müxtəlif dispepsiya pozğunluqlarında (ürək bulanması, qusma, gəyirmə, qıcqırma), kolit, dezenteriya zamanı kompleks terapiya üçün təyin edilir.