Klaqenfurt Dövlət teatrı | |
---|---|
Teatr binası | |
Memarlıq üslubu | modern |
Açılıb | 1910[1] |
Yerləşməsi | |
46°37′36″ şm. e. 14°18′18″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Klaqenfurt[2][3] |
Ünvan | Theaterplatz 4[2] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Klaqenfurt Dövlət teatrı — Avstriyanın Klaqenfurt şəhərində bələdiyyə teatrıdır. İndiki bina Vyana memarlıq idarəsi Fellner & Helmer tərəfindən tərtib edilmiş və 1910-cu ildə tamamlanmışdır.
Klaqenfurtdakı ilk teatr 1605–1620-ci illəri arasında aristokratiya üçün ball zalı olaraq inşa edildi. 18-ci əsrin sonlarında teatr zaman-zaman ziyalılar, hərbçilər və məmurlar üçün də açıldı. 1811-ci ildə, indi Altes Teatrı (Köhnə Teatr) adlanan taxta binada bərpa işləri aparılaraq yenidən daşdan tikildi.
Bina getdikcə dağılırdı və buna görə də 1906 və 1907-ci illərdə Gissen və Qablonzda oxşar teatrlar inşa etmiş Vyana memarlıq idarəsi Fellner & Helmer tərəfindən yeni bina hazırlandı.[4] Tikinti 1908-ci ildə başlamış və 1910-cu ildə tamamlanmışdır. Bina Avstriya imperatoru I Frans İosifin 60 illik yubileyi münasibətilə açıldı və buna görə "Kaiser Franz Joseph I. Jubiläumstheater" olaraq adlandırıldı.
1960-cı illərdə bina yenidən təmir edildi və 1996–1998-ci illərdə Günther Domeniq tərəfindən dizayn edildi.
Klaqenfurt teatrı 2003, 2006 və 2011-ci illərdə müxtəlif kateqoriyalarda Nestroy Teatr Mükafatına layiq görülmüşdür. Mükafatı alan və bu teatrda çalışan sənətçilərə Martin Kuşey, Bernd Liepold-Mosser, Mixail Maertens, Mixail Schottenberq və Martin Zehetqruber daxildir.