Klassik Çin dili | |
---|---|
Orijinal adı | 文言文 |
Təsnifatı | |
Yazı | Çin yazısı |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | lzh |
IETF | lzh |
Glottolog | lite1248 |
Vikianbarda əlaqəli mediafayllar |
Klassik Çin dili və ya Ədəbi Çin dili (Çin dili: 文言文; pinyin: Wényánwén, "ədəbi dil yazısı") — Yaz-Payız dövrünün sonundan Han sülaləsinin sonuna qədər yazılmış klassik ədəbiyyatın dilidir. Qədim Çin dilinin yazılı bir formasıdır. Klassik Çin dili ənənəvi Çin yazı üsulu olub klassik dildən yaranmışdır, buna görə də bugünkü Çində danışılan bütün Çin danışıq formalarından fərqlidir. Ədəbi Çin dili XX əsrin əvvəllərinə qədər Çində, demək olar ki, bütün rəsmi yazılarda, həmçinin müxtəlif dövrlərdə Yaponiya, Koreya və Vyetnamda istifadə edilmişdir. Çin dilində danışanlar arasında Ədəbi Çin dilinin yerini artıq Çin miqyasında danışılan müasir Çin dili tələffüzünə əsaslanan və müasir Mandarin Çin dilinin danışıldığı formaya bənzəyən Baihua yazısı əvəz etmişdir. Çin dilində danışmayanlar isə ədəbi çin dilini yerli ləhcələrin lehinə buraxdılar.