Kleinflammenwerfer

Alman əsgərlərinin istifadə etdiyi Kleinflammenwerfer

Hitler Almaniyasının istehsalı olan ilk portativ alov qurğusu Kleinflammenwerfer (kiçik alov qurğusu) və ya Kleif adlanırdı. Onun yanacağı istifadəçisinin kürəyində daşınan böyük, şaquli və silindrik çənin içərisində yerləşirdi. Yüksək təzyiq altında olan yanacağı isə yanacaq çəninə qoşulmuş olan kiçik bir saxlama qabına yerləşdirilmişdi. Uzun şlanqı isə yanacaq çənini lüləsində alovlandırma qurğusu olan boruya bağlayırdı. Onun yanacağı klapan açılan zaman şlanqdan keçir və yüksək sürətlə lülədən çıxırdı. Lülədəki alovlandırma cihazı isə yanacaq püskürdüldüyü müddət ərzində onu alovlandırırdı. Alov qurğusu iki əsgər tərəfindən istifadə edilirdi. Bu əsgərlərdən biri yanacaq və ehtiyat yanacaq olan çənləri daşıyarkən, digəri isə şlanqı istiqamətləndirirdi. 1917-ci ildə Passchendaele müharibəsindən sonra Wex Kleifi əvəz etmək üçün istifadə edilməyə başlanmışdır.

Grossflammenwerfer (böyük alov qurğusu) ilə yanaşı, Kleinflammenwerfer də Richard Fiedler tərəfindən yaradılmış və hazırlanmışdır.