Klirinq qiymətli kağızlar və törəmə maliyyə vasitələrinin qarşılıqlı hesablamalar sistemidir. Bir qayda olaraq ticarət meydançasında, birjanın hesablama palatası tərəfindən yaxud ixtisaslaşmiş klirinq təşkilatı tərəfindən yerinə yetirilir. Klirinq sistemi bağlanmış sazişlər üzrə netto-mövqeni hesablamaq imkanı verir. Fərz edək ki, broker günün birinci yarısında beş səhm alıb və dərhal ikisini satıb. Günün ikinci yarısında daha beşini alıb və üçünü satıb. Ticarət sessiyasının sonunda onun yekun mövqeyi beş səhmə bərabər olur. Klirinq nəticəsində razılaşmaların bir qismi bağlanır və brokerin yekun mövqeyi beş səhm alması ilə nəticələnir. O onların haqqını öz kontragenti olan ticarət palatasına ödəməlidir.
Bununla belə, beş səhmi kimin isə alması üçün bu qiymətli kağızları ona kimin isə satması lazımdır. Və bu əks tərəf ticarət palatasına həmin beş səhmi verməlidir. Nəticədə klirinq mərkəzi öz üzərinə heç bir risk götürmür, onun səhmlər üzrə təmiz mövqeyi sıfıra bərabər olur: o nəyi alırsa, - onu da verir. Açıq mövqelərin klirinq mərkəzi tərəfindən öz üzərinə götürülməsi prosesi novasiya adlandırılır.
Eyni zamanda qiymətlər əhəmiyyətli dərəcədə enib-qalxa bilən qiymətli kağızlar törəməsi bazarı kimi bir sıra bazarlarda, klirinq mərkəzi iştirakçılardan alqıya yaxud satqıya olan açıq mövqelərin miqdarına uyğun olaraq girov daxil etməyi tələb edir. Belə ödəməni depozit marja adlandırırlar. Gün ərzində mövqe bağlanmadığı halda, o derivativlər bazarında gündəlik reprezentativ yenidən qiymət qoyma üzrə, məsələn bağlanma qiyməti üzrə qabaqcadan qiymətləndirilir. Əgər bu halda depozit marjanın ölçüsü azalırsa, hərrac iştirakçılarına fərqi ödəmək tələbi irəli sürülür. Və əgər artırsa, bu halda hesablarda azad pul qalığı qalır. Bu məbləğ müsbət yaxud mənfidir və variasiya marjası adlandırırlır.
Dünyada ən tanınmış klirinq mərkəzlərindən olan LCH.Clearnet ancaq birjalara xidmət göstərmir, o 348 trilyon dollar dövriyyəsi olan banklar arası bazarın törəmə borc maliyyə alətlərinin təxminən yarısına xidmət göstərir.[1]