Kociki (古事記?, azərb. Qədim əməllər haqqında qeydlər) və ya Furukotofumi – Antik Yaponiya tarixi haqqında ən qədim yazılı mətn. Şintoizmin müqəddəs mətnlərindən biridir. Əsəri bəzən Yaponiyanın Bibliyası adlandırırlar.[1] 712-ci ildə Nara dövründə O no Yasumaro tərəfindən tərtib edilmişdir.[1]
Salnamədə göstərilir ki, qanlı çəkişmələrdən sonra taxta Tenmu çıxdı. Bu müharibə "Kociki" salnaməsinin yaranmasına səbəb oldu. "Kociki"nin əsas ideyası hakim sülalənin qanuni olmasını və onların ilahi mənşədən olmasını təsdiq etməkdir. "Kociki"nin mifoloji hissəsi bədii təfəkkürün ən qədim mərhələsini təşkil edir. Burada yaponların təbiətin canlı olması haqqında təsəvvürləri əks etdirilir. Bu təsəvvürləri şintoizm təbliğ edir. Müqəddimə, yəni Yasumaronin şərhləri 5 bölmədən ibarətdir.[1]
"Kociki" Nara dövrünün məhsuludur. Nara dövrünün ən böyük ədəbimədəni yazılı abidəsi "Kociki"dir. Bu kitaba giriş sözünü Yasumaro yazmış və onun əsas məzmununu aydınlaşdırmışdır.[1]
Əsərdə ilk hadisənin tarixi verilmir. Artıq ikinci hadisənin bizim eradan qabaq 660-cı ildə baş verdiyi göstərilir.[2] Əsərin yazıldığı dövrdə hələ Yaponiyada yazı nümunəsi yox idi. Yapon ədəbiyyatı var idisə də, hələ bu ədəbiyyat Çin heroqlifləri ilə yazılırdı. Yasumaro özünü təvazökarcasına sadəcə olaraq şərhçi adlandırır, həqiqətdə isə Yasumaro bu ədəbi abidəyə müəyyən dərəcədə yaradıcı surətdə yanaşmışdır.[3]
Yasumaro miflərin üç qrupunu, dövrəsini göstərir ki, bunlarında hər üçü əsas mövzuya aiddir. Belə ki, ilk mif qrupu (tsikli) Göylərdə hakimiyyət üstündə gedən mübarizəni – yəni Amatarosu ilə Susanoo arasında gedən mübarizəni, ikinci dövrdə artıq bu mübarizənin yerdə necə baş verdiyini təsvir edir: iki qəhrəman arasında – iki düşmən arasında – Take-Muki-Zumi və O-kuni-pusi arasında gedən mübarizəni təsvir edir. Üçüncü qrup miflər isə artıq yerdə baş verən (hakimiyyət üstündə) mübarizəni təsvir edir: yəni Kamu-Yamu ilə Naqasuni arasında gedən mübarizəni. Bunlar da ki, kvazitarixi hadisələridir.[4]
Yasumaro Yaponiyada olan dörd monarxı xatırlayır. O, birinci monarx kimi Sucini göstərir (e.ə. 96–30-cu il). Sucin o, üç müqəddəs reralinini qorunması üçün ibadətxana yaradır. Sucin eyni zamanda yapon milli kultunun yaradıcı simasında təqdim edilir. İkinci monarx kimi Nintoku (313–399) xatırlanır. O, rəhmdil monarx kimi təsvir olunur. Üçüncü monarx isə Seymudur. Burada xronoloji sıra pozulur. Burada Seymunun çarlığı 131–191-ci illərə aid edilir. Seymu – öz sərhədləri müəyyən olan dövlət yaradır. Dördüncü monarx isə Unkya (412–453) hesab olunur. O, tayfa quruluşunu qaydaya salır. O, öz xalqını ayrı-ayrı nəsillərə bölür (Uci). Yasumaro özünün lakonik yığcam formulları ilə Yapon xalqının inkişafının həqiqi mərhələlərini göstərə bilir. Bütün bunlar isə patriarxal dövrün mənzərələri deməkdir.[4]
Müqəddimənin birinci bölməsini Yasumaro belə şərh edir: O, birinci bölməni iki mövzuya həsr edir: dünyanın inkişaf yolu Yasumara dünyanın həm kosmoqonik, həm də tarixi sxemin mifoloji aspektdən aydınlaşdırır və bu prosesi xaosdan başlayır. Sonra tədricən bu xaos qatılaşır və dünyanın yaranma prosesi gedir. Kosmoqonik prosesin birinci adı – Göyün yerdən ayrılmasıdır. Bu proses üç ilahi qüvvənin müşayiəti ilə baş verir: Atenoromi, Tokomi və Kami. Bu üç ilahi varlıq dünyanın ilk yaranma mərhələsidir, sonra başqa ilahi qüvvələr fəaliyyətə başlayır. Bu allahların biri İzanaqi, o birisi isə İzanamidir. Onlar bütün varlığın ilk yaradıcılarıdır. Onlar həm də dünyada olan hər şeyin yaradıcılarıdır və hər şeydən əvvəl bizim Adalar ölkəsini – Yaponiyanı yaradıb.[5]
Bu mifologiya həm də esxotoloji ruhla zəngindir. "Kociki"də "Zülmət ölkəsi" adlı utopik bir ölkədən danışılır. Guya insan öləndən sonra bütün ruhlar həmin ölkəyə yığılır. "Kociki"də İzanaqinin arvadı İzanami haqqında da danışılır və deyilir ki, bu ilahi zülmətdə gizlənir və onun əri allah İzanaqi onun yanına getməyə can atır. Sonra İzanaqi təzədən işıqlı dünyaya qayıdır. İzanaqi dəstəmaz alarkən sonra onun vücudundan çoxlu sayda ilahi ruhlar yaranır və onların içərisində də üç yeni allah var: İşıqlı ilahə Ameterasu (Günəş), Gecə Ay allah Sukiyomi və su stixiyası və Tufan allahı – Susanoo.[1]
"Kociki"də Yaponiyanın yaranması haqqındada danışılır: İzanami və İzanami Göyü və Yeri bir-birindən ayırır və onlar qövsi-quzeh vasitəsilə Yerə enəndə özlərinin nəhəng nizələrini var gücləri ilə su burulğanına elə çırpırlar ki, bu zaman İzanaqinin nizəsindən qopan damcılar tökülür və bu damcılardan da yapon adaları yaranır. Beləliklə, bütün kosmoqonik proses bu kitabda bütün ardıcıllığı ilə təsvir olunur. İlk xaos kainatın dünyanın ilk bünövrəsidir: Göylə Yerin bir-birindən ayrılması kişi və qadın başlanğıcının meydana gəlməsi ən yüksəkdə olan ilahi varlığın yaranması iki ardıcıl etap kimi təsvir edilir.[1]
"Kociki"nin birinci bölməsinin ikinci yarısı kosmoqonik mifin tamamlayıcı hissəsinə həsr edilib. Burada yaranmış dünyanın konkret inkişafı haqqında danışılır – yuxarı ilahilərdən tutmuş kiçik allahlara qədər, səbəbkar allahlardan, yaradıcı allahlara qədər, kosmoqonik allahlardan – mədəniyyət allahlarına qədər, mədəniyyət allahlarından, sadə adamlara, qəhrəmanlara qədər – bunların hamısı haqqında bu kitabda bəhs edilir. Beləliklə, kosmoqoniya tarixə çevrilir, Allahlar qəhrəmanlarla əvəz olunur.[6]
Yasumaro üç cür mifdən danışır. Birinci mif dairəsi iki ilahi varlıq çərçivəsində cəmləşir – Amatarası və Susanoo. Onlar günəş və tufan ilahiləridir. Qəzəbli Susanoo öz işıqlı bacısını dilxor edir, müvəqqəti olaraq uğur qazanır, lakin sonra Göylərdən qovulur. Daha sonra Yasurına Susanoonun sonrakı taleyi haqqında düşünür: onun qəhrəmanlığı, səkkiz başlı ilana qələbə çalması haqqında düşünür. Axırda Yasumaro azacıqda olsa, bütün baş verən prosesləri sanki ümumiləşdirir: Bütün dünyanı bürüyən Göy və Yer ruhlarını sadalayır. Bundan sonra Yasumaro ikinci qrup miflərə keçir. Dünyanın yaranması haqqında, səkkiz böyük adanın, yəni Yaponiyanın yaranması haqqında miflərdən danışır, ikinci qrup miflərin mərkəzi fiqurları haqqında danışılır və iki ilahi varlıq barədə sözünü davam etdirir: səma allahı – Takomita-cuçi və yer allahı – O-kuni-pusi haqqında.[6]
Birinci allah elçi rolunda özünü göstərir. Bu Amatarasudur. İkinci allah isə ilahi varlıqların başçısı rolunda izhar olunur və özünü bütün dünyanın əsas məhvəri kimi təqdim edir. Amatarasu öz nümayəndəsini – canisini yeni idarə etmək üçün göndərir. Amatarasu əvvəlcə öz varis oğlunu yerə göndərmək istəyir, amma oğlu Göydəki yerini dəyişmək istəmir və nəhayət Amatarasu özünün ən etibarlı elçisini Taka-Mika-Zumini göndərir. O, yerə enir və yerdə Yer allahı ilə görüşür və onu inandırır ki, Göyə tabe olması çox vacibdir.[6]
Bütün bunlardan sonra Yasumaro qeyd edir ki, Amatarasu Allahların şurasını təşkil edir və allahlara tapşırır ki, Dünyanı mükəmməl yaratmaq üçün məşvərətə yığışsınlar. Amatarasu belə qərara gəlir ki, dünyanı çox etibarlı allaha tapşırmaq lazımdır və son qərarı belə olur ki, öz oğlunu Yerə göndərsin. Onun oğlu yerə enir. O, burada (yəni Yerdə) nikaha girir və yerdə bir oğul qazanır. Amatarasu öz nəvəsinə (Niniqiyə) yeri, daha doğrusu Yaponiyanı bağışlayır və öz nəvəsinə Göylərin canişinliyini də etibar edir, yerdə isə onu hakimiyyət verərək, birdəfəlik onu yerə təhkim edir. Onun ayaqları ilk dəfə Kyuşu adasına toxunur. Yaponiyada Amatarasunun nəvəsinin yerə enməsini sonralar da Yaponiya tarixinin başlanğıcı kimi təntənəli surətdə qeyd edirlər: yaponların inamına görə, guya sonrakı nəsillərin hamısı bu nəvədən – Niniqidən törəyiblər və guya Yaponların gələcək nəsillərinin də əsas nüvəsi Niniqidir.[2]
Bundan sonra Yasumaro sonrakı hadisələrə toxunur: O, Niniqinin nəsillərinin Yaponiyaya geniş surətdə yayılmasından danışır. "Kociki"nin sonrakı dövrlərinin mifik qəhrəmanları kimi Kamu-Yamato çıxış edir və o, Yamatonu (Yaponiyanı) zəbt edir. Əsərdə Naqasuna ona qarşı qoyulur. O, döyüşkən qəbilələrin başçısıdır (Hondo adasındakı qəbilələrin). Burada söhbət Yaponiyanın artıq Yer imperatoru haqqında sonralar Cimmu adlanan hökmdardan gedir. Çox ciddi cəhddən sonra Kamu Uamato Yamato ölkəsini fəth edir və Kaşivora adlı kənddə öz hakimiyyətini bərqərar edir. Bundan sonra bu imperator Yamato özündən sonra gələn imperatorların bünövrə daşını qoyur. Niniqinin Göydən Yerə enməsi ilə artıq Yer hakimiyyəti, Yer dövlətləri yaranır, real "İnsan hakimiyyəti meydana gəlir".[2]
"Kociki" müqəddiməsinin ikinci bölməsi bütünlüklə iki hissəyə bölünür. I hissədə Tenmu hakimiyyətinin özü, ikinci hissədə isə onun şöhrətlənməsi haqqında bəhs edir. I hissədə Yasumaro öz qəhrəmanının xasiyyətnaməsini verir. Burada Yasumaro öz qəhrəmanının taleyində hansı dəyişikliklərin baş verməsini təsvir edir. Tenmunun taxtı qısa bir vaxta qədər şahzadə Otamanın əlinə keçir, lakin Tenmu özünün bütün qüvvəsini cəmləşdirir və yenə taxtı-tacı özünə qaytarır. Soma Yasumaro Tenmunun tərənnümünə, tərifən keçir. Lakin o, öz qəhrəmanını tərənnüm etməyə başlayanda bütün terminologiyanı Çin tarixindən və fəlsəfəsindən götürür. Lakin onun Çin ritorikasına uymasına baxmayaraq o, yenə də təzədən öz doğma, milli qısqanclığına qayıdır. Yasumaronun müqəddiməsi Çin ahənginə, Çin qaydasına uyğunlaşdırılıb, yalnız Çin dilində deyil, həm də Çin poetikasının qaydaları əsasında yazılır. Bu müqəddimə ritorik nəsrin xüsusi ədəbi-stilistik janrında yazılır.[7]
Üçüncü bölmə də də iki hissəyə bölünüb. Birinci hissədə göstərilir ki, Tenmu qədim nağılların toplanmasına necə başlamaq haqqında əmr verir. Tenmu istəyirdi ki, bu yaradılacaq salnamənin əsasında, yəni "Kociki"nin əsasında onun çarlıq dövrünün, onun islahatçılıq fəaliyyətinin bütün detalları bu kitabda əks etdirilsin. Lakin bütün bunlara baxmayaraq bu salnamənin əsas mənbəyi şifahi ənənə ilə bağlıdır. "Kociki"nin III bölməsinin ikinci hissəsində hansısa bir nağılçıdan danışılır ki, onunda adı Hieda no Aredir.[7]
"Kociki" müqəddiməsinin IV bölməsi Yasumaronun "Kociki" üzərində necə həssaslıqla işlənməsi barədə danışılır: Yasumaro özündən qabaq deyilənləri sanki tamamlayır, onları daha gözəl şəkildə ifadə edirdi. "Kociki" üzərində belə həssaslıqla iş aparmaq imperatriça Temmenin vaxtına düşür (707–715). Bu bölmənin özü də iki hissədən ibarət olaraq tərtib edilmişdir. Birinci hissə imperatriçanın mədhindən ibarətdir və onun hakimiyyət dövrü bütün təfsilatı ilə nəql edilir. İkinci hissə isə artıq "Kociki"nin başa çatdırılması prosesi təsvir edilir.[3]
Beşinci və sonuncu bölmə Yasumaronun müqəddiməsi artıq Yasumaronun gördüyü işlərin təfərrüatlarını ümumiləşdirir. Müəllif burada üç mətləbə toxunur: O, əvvəla istifadə etdiyi dil haqqında danışır, sonra isə öz gördüyü işinin xarakterindən bəhs edir, üçüncü hissədə isə öz işinin ümumi məzmunundan və planından danışır.[3]
"Kociki" yalnız şintoizmin müqəddəs kitabı deyil, həm də bütünlüklə yapon xalqının kitabıdır. Bu kitab yalnız tarixi mənbələrin birinci dərəcəli əhəmiyyəti olan nümunəsi deyil, o, həm də bütün məzmunu və quruluşu etibarilə yapon tarixinin bünövrə daşıdır. "Kociki" vasitəsilə həm də allahlar dövrü, Tenmu epoxası haqqında fikirlər əldə etmək mümkündür.[8]