Bu məqalə qaralama halındadır. |
Kollüvium (kollüvial çöküntülər) (lat. colluvio-yığım) - ağırlıq qüvvəsinin təsiri ilə yamac üzrə aşağıya doğru yerini dəyişib toplanmış aşınma məhsulları. Qırıntı materialı yamacda və şleyf şəklində yamac ətəyində toplanır. Kollüvium tipik nümunəsi dağ yamaclarında geniş yayılmış qaymalı və çınqıl-qaymalı müasir töküntülərdır. Qazıntı halında da rast gəlinir. Amerika ədəbiyyatında kollüvium daha geniş mənada başa düşülür və buraya delüvium da aid edilir.