Kolombo | |
---|---|
කොළඹ | |
6°55′ şm. e. 79°50′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +94 11 |
Poçt indeksi | 00000–09999 |
Digər | |
cmc.lk | |
Vikianbarda əlaqəli mediafayllar |
Kolombo (sinh. කොළඹ, tam. கொழும்பு), tarixi mənbələrdə Kalanbu (كلنبو)[2] — Şri-Lankanın ən iri şəhəri və paytaxtı.Ölkənin Qərb vilayətində, Kolombo dairəsində yerləşir. Əhalisi — 672,7 min nəfər (2007)[3], Böyük Kolombonun əhalisi Moratuva, Dexivala-Maunt-Laviniya və Şri Cayavardenepura Kotte ilə birlikdə — 5,648,000 nəfərdir.
Kolombo dərin körfəz sahilindədir. Limanla yanaşı "Fort" adlanan şəhərin işgüzar mərkəzi vardır. Burada əvvəllər Portuqaliyanın limanı qoruyan qalası yerləşirdi. Kolombo portu Cənubi Asiyanın ən böyük limanıdır. Mərkəzdə inzibati binalar, marketlər, hotellər, banklar yerləşir. Kolombo ölkənin böyük sənaye və mədəni mərkəzidir.
Şəhərdə universitet, kolleclər, observatoriya, milli muzey yerləşir. Kolombo universitetində Kolumbiya Universitetinin observatoriyası vardır. Çox sayda kilsə, məscid, buddist və induist xramlar vardır, şəhər kənarında iki buddist universitet vardır.
Solomon Bandaranike adına beynəlxalq aeroport Kolombodan 30 kilometr məsafəd yerləşir. Şəhər əyalətlərlə avtomobil və dəmiryol xətti ilə birləşir.