Koloss (personaj)

Koloss
ing. Colossus
Nəşriyyat ABŞ Marvel Comics
Yayım tarixi "Böyük ölçülü İks-adamlar" #1 (may, 1975)
Yaradıcı(lar) Len Ueyn
Deyv Kokrum
Xüsusiyyətlər
Əsl adı Pyotr "Peter" Nikolayeviç Rasputin
Doğum yeri Ust-Ordynski, Baykal gölünün yaxınlığı, Sibir, Rusiya (keçmiş SSRİ)
Cinsiyyəti kişi
Boyu 198 sm
226 sm (gücündən istifadə edərkən)
Çəkisi 113 kq
228 kq (gücündən istifadə edərkən)
Göz rəngi göy
gümüş (gücündən istifadə edərkən)
Saç rəngi qara
Növü mutant
Vətəndaşlıq
Təhsili Xavier kolleci
Komiks bioqrafiyası
Kainat 616
Üzvlükləri İks-adamlar
Müdafiəçilər
Ekskalibur
Akolitlər
X-Fors
Foniks Beş
Ləqəbləri Rasputin, Peter Nikolas, Cuqqernaut[1], Pete, Peter, Foniks, Kiçik qardaş
Gücləri dərisini metala çevirmək, fiziki güc və dayanıqlıq

Koloss (ing. Colossus) — Marvel Comics personajı. Mutant, İks-adamlar üzvü və super qəhrəmandır. 1975-ci ildə Len Ueyn və Deyv Kokrum tərəfindən yaradılmış və "Böyük ölçülü İks-adamlar" komiksinin ilk sayında yer almışdır. Böyük bacısı İlyana Rasputin də mutantdır və Maqik adı ilə İks-adamlar komandasının üzvüdür. 1990-cı illərə qədər İks-adamlar üzvü olmuş, qısa müddətliyinə Ekskalibur komandasına qatılmış, amma İks-adamlarə qayıdaraq bir daha ayrılmamışdır.

"Wizard" jurnalı Kolossu "Top 200 komiks personajı" siyahısında 184-cü yerdə göstərmişdir.[2] 2006-cı ildə IGN-nın "Top 25 İks-adamlar üzvü" siyahısında 10-cu göstərilmişdir.[3] 2013-cü ildə ComicsAlliance-nin "Ən cazibədar 50 komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur.[4]

Rusiyada bir fermer ailəsində anadan olur. Astronavt olan böyük qardaşı Mixail raket qəzasında ölür. Yeniyetmə dövründə Pyotr öz mutant güclərini kəşf edir. Bacısını idarədən çıxmış traktorun altında əzilməkdən xilas etdiyi gün Proffesor X onu İks-adamlar komandasına dəvət edir.[5] Dürüst, saf və ailəsini sevən Koloss öz gücünü köməyə ehtiyacı olanlara sərf etməyə qərar verir və İks-adamlara qatılır.

Koloss uzun müddət İks-adamlar komandasına xidmət verir. Fırtına onu kiçik qardaşı kimi görür. Amma Koloss Mutant qətliamı hadisəsində ilk dəfə qan axıtmalı olur.

Kolossun komandaya yeni qatılan Kitti Prayda qarşı hisləri yaranır.[6] Qısa müddət sonra bir-birinə hislərini etiraf edirlər, hətta "Gələcəyin keçmiş günləri" hadisəsində gələcəkdə evlənirlər. Amma Tsayi[7] hadisəsindən sonra Pyotr həyatını xilas etmək üçün iyrənc Morlokla evlənib Nyu York tunellərində yaşamağa məcbur olan Kittini tərk edir. Tsayi Battleworldda yaşayan bir yerlidir. Koloss ona aşiq olur. Amma döyüşlərin birində ölən Kolossu həyata geri qaytarmaq üçün Tsayi öz həyatını fəda edir. O gündən sonra Koloss bir daha birini sevməyəcəyini bildirir. Kitti uzun müddət Yaponiyada Şimal porsuğu ilə birlikdə yaşadığı macəralardan sonra Koloss ilə ancaq dost olur.

Kolossun bacısı İlyana Leqasi[8] adlı mutant virusundan öldükdən sonra Koloss İks-adamlardan ayrılıb Maqnetoya qatılır. Qısa müddət Ekskaliburda çıxış edir, amma yenə İks-adamlara qayıdır. İks-adamların üzvü Vəhşi heyvan Leqasi virusuna qarşı peyvənd tapır. Peyvəndin bütün dünyaya yayılıb mutantları sağaltması üçün bir mutant üzərində tədbiq olunmalıdır, amma bu mutant öləcəkdir. Vəhşi heyvan peyvənddən istifadə etmək istəmir, amma Koloss gizlicə peyvəndi öz üzərində tədbiq edir. Bacısı Maqik virusun ilk, özü isə son qurbanı olur.[9]

Daha sonra Koloss yenə həyata döndürülür.

Andre Trisoto "Dedpul" (2016) filmində Koloss rolunda.
  • 2000-ci ildə "İks-adamlar" filmində Kolossun ancaq kameo görüntüsü olmuşdur.
  • 2003-cü ildə "X2" filmində Koloss rolunu Daniel Kodmor oynamışdır. Filmdə Koloss Xavier İnstitutuna basqın edən Uilyam Straykerə qarşı döyüşmüşdür.
  • 2006-cı ildə "İks-adamlar: Son müqavimət" filmində Daniel Kodmor yenə Koloss rolunu oynamışdır. Koloss filmdə Alkatras adasında İks-adamlarla Maqnetoya qarşı mübarizə aparmışdır.
  • Daniel Kodmor 2014-cü ildə "İks-adamlar: Gələcəyin keçmiş günləri" filmində Kolossu canlandırmışdır. Lakin bu filmdə Koloss böyük rol oynamamışdır.
  • 2016-cı ildə "Dedpul" filmində Koloss personajını Andre Trisoto canlandırmışdır.
  • "Hörümçək-adam və onun heyranedici dostları"
  • "İks-adamlar praydı"
  • "İks-adamlar"
  • "İks-adamlar: Təkamül"
  • "Şimal porsuğu və İks-adamlar"
  • "Super qəhrəman heyət şousu"
  • "Marvel Anime: İks-adamlar"
  • "The Uncanny X-Men"
  • "X-Men: Madness in the Murderworld"
  • "X-Men II: The Fall of the Mutants"
  • "X-Men"
  • "X-Men: Children of the Atom"
  • "Marvel vs. Capcom: Clash of Super Heroes"
  • "Marvel vs. Capcom 2: New Age of Heroes"
  • "X-Men: Reign of Apocalypse"
  • "X2: Wolverine's Revenge"
  • "X-Men Legends"
  • "X-Men Legends II: Rise of Apocalypse"
  • "X-Men: The Official Game"
  • "Marvel: Ultimate Alliance"[10]
  • "Marvel: Ultimate Alliance 2"
  • "X-Men: Destiny"
  • "Marvel Super Hero Squad Online"
  • "Marvel: Avengers Alliance"
  • "MMORPG Marvel Heroes"
  • "Lego Marvel Super Heroes"
  • "Marvel Contest of Champions"
  1. Uncanny İks-adamlar #542-543
  2. "Arxivlənmiş surət". İstifadə tarixi: 2015-08-13.
  3. "The Top 25 İks-adamlar". IGN. Ziff Davis. May 15, 2006. İstifadə tarixi: July 28, 2015.[ölü keçid]
  4. Wheeler, Andrew. "ComicsAlliance Presents The 50 Sexiest Male Characters in Comics". ComicsAlliance. 2013-02-14. 2015-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-28.
  5. Giant-Size İks-adamlar #1
  6. Uncanny İks-adamlar #129
  7. Secret Wars #5-12
  8. Uncanny İks-adamlar #303 (August 1993)
  9. "Arxivlənmiş surət". 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-13.
  10. ISBN 0-7440-0844-1

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]