Kolquev adası

Kolquev adası
rus. Колгуев
Ümumi məlumatlar
Sahəsi 3495.5 km²
Uzunluğu
  • 94 km
Eni 80 km
Hündür nöqtəsi 173 m
Əhalisi 436 nəfər (2011-ci il)
Yerləşməsi
69°01′09″ şm. e. 49°21′46″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Akvatoriya
Kolquev adası xəritədə
Kolquev adası
Kolquev adası
Kolquev adası xəritədə
Kolquev adası
Kolquev adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kolquev, qədim forması. Kalquev (Nenes dili Холӈгов) — ada Şimal Buzlu okeana daxil olan Barens dənizinin şərqində yerləşir. İnzibati cəhətdən Rusiyanın Nenets Muxtar Dairəsinə daxildir.

Adının mənası

[redaktə | mənbəni redaktə et]

"Kolquev" isminin müxtəlif mənalarının olması ehtimal olunur. Belə fikir vardır ki, bu adı adaya pomorlar vermişlər və balıqçı İvan Kalqovun şərəfinə adlandırmışlar. Digər versiya isə qədim fin dilində "Kollaque" sözündən götürülmüş, mənası "Üçkünc" və ya "Üçbucaqdır"[1].

Ada Kanin yarımadasından 80 km şərqdə yerləşir. İki quru parçasını bir-birindən Pomorski boğazı ayırır. Kolquev adası 3495,5 km² sahəyə malikdir. Qərbdən Barens dənizi, şərqdən isə Peçora dənizi (qəbul olunmamış) ilə əhatələnmişdir. Ərazisi tundradır. Ən hündür nöqtəsi 80 metrdir. Ada güclü bataqlıqlaşmış ərazilərlə örtülüdür. Burada çoxlu göl və çay vardır. 1986-cı ildən buradan neft çıxarılır. Yataqdan 60 km radiusda iki qəsəbə yerləşirdi (Kolquev və Severnıy). Bu qəsəbələrdə 400 nəfər yaşayır. 2005-ci ilə olan məlumata görə yeganə yaşayış məntəqəsi Buqrinodur.

Ada ilə materik arasında Mi-8 helikopteri fəaliyyət göstərir. 2002-ci ildən etibarən isə YK-40, An-24 və An-26 təyyarələri ilə Murmansk arasında uçuşlar həyata keçirilir.

İqlimi subarktikdir. Minimal temperatur −45 °C, maksimal temperatur isə +30 °C təşkil edir. Adada daim küləklər müşahidə edir. İllik yağıntının miqdarı 344 mm-dir

Buqrino qəsəbəsinin əhalisi 400 nəfərdir. Olar Nenlər, Ruslar, KomilərUkraynalılardır.

250 nəfər isə Arktik Neft şirkətinin işçiləridir. Onlar hər 52 gündən bir növbələrini dəyişirlər. 2011-ci ilin yanvarın birinə olan məlumata görə adada 436 nəfərdir[2]

Flora və Fauna

[redaktə | mənbəni redaktə et]

Adada Betula nana ərazinin böyük hissəsində yayılmışdır. Üstəlik burada Söyüdün bir çox növlərinə rast gəlmək olar (Salix glauca, Salix lanata, Salix phylicifolia). Ərazisinin 90 % ot, mamır və şibyə bitkiləri ilə örtülür. Yalnız 10–20 % kol bitkiləridir.

İqlimin sərtliyi səbəbindən materikdək olduqca az canlı adaya gəlir. Burada Ağ ayı, Dovşan, TülküMorja rast gəlinir.

Buqrinonun əhalisinin əsas məşğuliyyəti MaralçılıqBalıqçılıqdır. 2013–2014 illər ərzində yem çatışmamazlığı səbəbindən maralların sayı 12 mindən 400 başa qədər azalmışdır[3]

"ArktikNeft" şirkəti adada neft hasilatını həyata keçirir. Üstəlik səmt qazının tədarükünü həyata keçirmək məqsədi ilə qurğu quraşdırılması planlaşdırılırdır. Burada olan 52 quyudan (2002) 100 000 ton neft çıxarılmışdır.

  1. "Kolquev adası". 2014-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22.
  2. Численность населения по муниципальным образованиям Архангельской области на 1 января 2011 года от предварительных итогов Всероссийской переписи населения 2010 года Arxivləşdirilib 2013-03-13 at the Wayback Machine // Архангельскстат. (Yoxlanılıb 6 aprel 2013)
  3. "Kolquev adasında maralçılığın bərpa edilməsi düşünülür". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22.
  • Солнцев Н. А. Остров Колгуев // Учёные записки Московского государственного университета. — Вып. XIV. — 1938. — С. 205–271.