Kolquev adası | |
---|---|
rus. Колгуев | |
Ümumi məlumatlar | |
Sahəsi | 3495.5 km² |
Uzunluğu |
|
Eni | 80 km |
Hündür nöqtəsi | 173 m |
Əhalisi | 436 nəfər (2011-ci il) |
Yerləşməsi | |
69°01′09″ şm. e. 49°21′46″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kolquev, qədim forması. Kalquev (Nenes dili Холӈгов) — ada Şimal Buzlu okeana daxil olan Barens dənizinin şərqində yerləşir. İnzibati cəhətdən Rusiyanın Nenets Muxtar Dairəsinə daxildir.
"Kolquev" isminin müxtəlif mənalarının olması ehtimal olunur. Belə fikir vardır ki, bu adı adaya pomorlar vermişlər və balıqçı İvan Kalqovun şərəfinə adlandırmışlar. Digər versiya isə qədim fin dilində "Kollaque" sözündən götürülmüş, mənası "Üçkünc" və ya "Üçbucaqdır"[1].
Ada Kanin yarımadasından 80 km şərqdə yerləşir. İki quru parçasını bir-birindən Pomorski boğazı ayırır. Kolquev adası 3495,5 km² sahəyə malikdir. Qərbdən Barens dənizi, şərqdən isə Peçora dənizi (qəbul olunmamış) ilə əhatələnmişdir. Ərazisi tundradır. Ən hündür nöqtəsi 80 metrdir. Ada güclü bataqlıqlaşmış ərazilərlə örtülüdür. Burada çoxlu göl və çay vardır. 1986-cı ildən buradan neft çıxarılır. Yataqdan 60 km radiusda iki qəsəbə yerləşirdi (Kolquev və Severnıy). Bu qəsəbələrdə 400 nəfər yaşayır. 2005-ci ilə olan məlumata görə yeganə yaşayış məntəqəsi Buqrinodur.
Ada ilə materik arasında Mi-8 helikopteri fəaliyyət göstərir. 2002-ci ildən etibarən isə YK-40, An-24 və An-26 təyyarələri ilə Murmansk arasında uçuşlar həyata keçirilir.
İqlimi subarktikdir. Minimal temperatur −45 °C, maksimal temperatur isə +30 °C təşkil edir. Adada daim küləklər müşahidə edir. İllik yağıntının miqdarı 344 mm-dir
Buqrino qəsəbəsinin əhalisi 400 nəfərdir. Olar Nenlər, Ruslar, Komilər və Ukraynalılardır.
250 nəfər isə Arktik Neft şirkətinin işçiləridir. Onlar hər 52 gündən bir növbələrini dəyişirlər. 2011-ci ilin yanvarın birinə olan məlumata görə adada 436 nəfərdir[2]
Adada Betula nana ərazinin böyük hissəsində yayılmışdır. Üstəlik burada Söyüdün bir çox növlərinə rast gəlmək olar (Salix glauca, Salix lanata, Salix phylicifolia). Ərazisinin 90 % ot, mamır və şibyə bitkiləri ilə örtülür. Yalnız 10–20 % kol bitkiləridir.
İqlimin sərtliyi səbəbindən materikdək olduqca az canlı adaya gəlir. Burada Ağ ayı, Dovşan, Tülkü və Morja rast gəlinir.
Buqrinonun əhalisinin əsas məşğuliyyəti Maralçılıq və Balıqçılıqdır. 2013–2014 illər ərzində yem çatışmamazlığı səbəbindən maralların sayı 12 mindən 400 başa qədər azalmışdır[3]
"ArktikNeft" şirkəti adada neft hasilatını həyata keçirir. Üstəlik səmt qazının tədarükünü həyata keçirmək məqsədi ilə qurğu quraşdırılması planlaşdırılırdır. Burada olan 52 quyudan (2002) 100 000 ton neft çıxarılmışdır.