Kolumbiya burnu | |
---|---|
Cape Columbia | |
Yerləşməsi | |
83°06′41″ şm. e. 69°57′30″ q. u.HGYO | |
Akvatoriya | Şimal buzlu okean |
Ölkə | Kanada |
|
Kolumbiya burnu (ing. Cape Columbia) — Kanadanın ən ucqar şimal nöqtəsi. Burun Elsmir adasının şimalında, Linkoln dənizinin sahilində yerləşir. Burun ilk dəfə 1876-cı ildə britaniyalı dənizçilər Pelqam Aldriç və Corc Ners tərəfindən aşkar edilmişdir.
Burun Şimal qütbündən 769 km məsafədə yerləşir. Qrenlandiya istisna qütbə ən yaxın quru sahəsi hesab edilir. Kolunmiya burnu ilə Kanadanın ən ucqar cənub nöqtəsi Midl adası arasında məsafə 4640 km-dir.