Komendit

Komendit — qələvi leykoqranitlərin vulkanik ekvivalenti; afir, porfir süxur. Püruzləri albitdən, kaliumlu-natriumlu çöl şpatlarından (sanidin, anortoklaz), kvarsdan, rəngli qələvi minerallardan (egirin, egirin-avgit, arfvedsonit, ribekit, vulkan şüşəsi, bəzən biotit) ibarətdir. SiO2 miqdarı 73-78%, qələvilərin miqdarı isə 8% olur. Əsas kütləsi şüşəli, mikropoykilit, mikrofelzit, az hallarda sferolit, flyuidal olur. Sinonim: Tordrillit, Qələvi liparit, Qələvi riolit.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]