Kommersiya bankları – bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir.
Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Kommersiya vəzifəsi kreditdə vasitəçilikdir, onlar bunu müəssisə fondlarının dövriyyəsi prosesində müvəqqəti azad olmuş pul vəsaitinin və özəl şəxslərin pul gəlirlərinin yenidən bölüşdürülməsi vasitəsilə həyata keçirir.
Kommersiya bankı – pul vəsaiti toplamaq məqsədi ilə pul bazarında müxtəlif əməliyyatlar həyata keçirən və müştərilərin tapşırıqlarını yerinə yetirən kredit təşkilatıdır. Ümumiyyətlə kommersiya sözünün hərfi mənası latın mənşəli söz olub (commercium), ticarət deməkdir.
Uzun müddət ərzində bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir, lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır. Beləliklə, ikipilləli bank sistemi yaradılmışdır. Bu sistemdə
Birinci pilləyə — Mərkəzi banklar,
İkinci pilləyə isə, Kommersiya bankları və digər kredit institutları daxildir.
Dünya bank sistemində ikinci pilləli banklar kimi Kommersiya bankları mühüm yer tutur. Əgər mərkəzi banklar bankların bankı olaraq banklara və hökumətə xidmət edirsə, Kommersiya bankları bilavasitə müştərilərə xidmət edir, onlarla işləyir. Ümumiyyətlə, Kommersiya bankları anlayışı bank işinin ilk yarandığı dövrlərdən istifadə olunmağa başlanmışdır. Əslində, "komimersiya" sözü "commerce" sözündən götürülüb, mənası "ticarət" deməkdir. Kommersiya bankları anlayışı Azərbaycan dilinə "ticari" banklar kimi tərcümə olunur. Hazırda ayrı-ayrı ölkələrdə Kommersiya banklarına müxtəlif çeşidli maliyyə-kredit institutları aid edilir. Onların ən başlıca fərqi isə, pul-emissiyası hüquqlarının olmamasıdır.
Kommersiya bankları – sənaye və ticarət qurumlarına qısa müddətli kredit açmaq üzrə pul bazarında fəaliyyət göstərən banklardır.
Kommersiya bankı — konkret fiziki və hüquqi şəxslərdən vəsaitlərin qaytarmaq və ödəmək şərti ilə cəlb edilməsi və yerləşdirilməsi üçün yaradılmış, həmçinin digər çoxlu bank əməliyyatlarını həyata keçirən universal kredit təşkilatıdır.
Bütün Kommersiya banklarının bəlli 2 funksiyası vardır: borc almaq və borc vermək. Borc almaq çox zaman əmanət şəklində, borc vermək isə kredit şəklində ortaya çıxır. Məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin
toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Kommersiya banklarının fəaliyyəti ikili səciyyə daşıyır. Onlar kommersiya təşkilatı olmaqla yanaşı, həm də cəmiyyətin ictimai təsisatları kimi çıxış edir. Kommersiya təşkilatı kimi onlar maksimal mənfəət əldə etmək istiqamətində fəaliyyət göstərir.