Kommunizmin qara kitabı | |
---|---|
fr. Le Livre Noir Du Communisme: Crimes, Terreur et Repression | |
| |
Müəlliflər |
Stefan Kurtua Nikolya Vert Andrey Paçkovskiy Yoahim Qauk Jan Lui Panne Karel Bartoşek Jan Lui Marqolin |
Janrlar | tarix, siyasət |
Orijinalın dili | fransız dili |
Ölkə | Fransa |
Orijinalın nəşr ili | 6 noyabr 1997 |
Vikianbarda əlaqəli mediafayllar |
Kommunizmin qara kitabı: cinayət, terror, repressiyalar — XX əsrdə mövcud olmuş kommunist rejimli ölkələrə baxışı sərgiləyən fransız müəlliflər kollektivinin kitabı. Müəlliflər Stefan Kurtua, Nikolya Vert, Andrey Paçkovskiy, Yoahim Qauk, Jan Lui Panne, Karel Bartoşek və Jan Lui Marqolindir. Kitab ilk dəfə 1997-ci ildə Parisdə nəşr olunub. 1999-cu ildə isə Harvard Universitetinin nəşriyyatı tərəfindən ingilis dilin tərcümə edilərək nəşr olunub.
Kitabda əsasən şahid ifadələri, foto sənədlər, kommunist rejimli ölkələrdə mövcud olmuş toplama düşərgələrinin xəritələri, SSRİ ərazisinə deportasiya olunmuş xalqların marşrut xəritələri toplanıb.
Kitab beş əsas başlıqdan ibarətdir.
Kitabda həmçinin dünyanın müxtəlif ölkələrində kommunist rejimlərin qurbanlarının sayı haqqında bu məlumatlar göstərilib[1]
Kitabda göstərilən məlumatlara əsasən öldürülən insanların sayı 100 milyona yaxındır.
Rəqəmlərə individual və kütləvi qətllər, toplama düşərgələrində ölümlər, süni yaradılan aclıq (məsələn Qolodomor) nəticəsində ölümlər, deportasiya zamanı ölümlər, sürgün edilənlərin və məcburi işlədilənlərin ölümləri daxildir.