Kompüter oyunu

Kompüter oyunu (ing. computer game) – interaktiv proqram təminatlarının populyar növünə aid olan proqram. Oyunun gedişini klaviatura, coystik və ya başqa qurğu ilə idarə etmək olar.

İlk kompüter oyunlarının ixtirası cəhdi 1940-cı ildə, kompüterdə şahmat alqoritmi tərtibini ingilis riyaziyyatçısı Alan Türinq, proqram yazmaq amerikalı mühəndis Klod Şennon tərəfindən edilmişdir. Amma həmin illərdə bu proqramla işləməyə gücü çatacaq elektron-hesablama maşını, müasir dildə desək, kompüter yox idi. Ona görə də Klod Şennon "Kompüterlər üçün şahmat oyunlarının proqramlaşdırılması" məqaləsini dərc etməklə kifayətlənməli olub.

Növbəti addım İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas tərəfindən atıldı. O,1952-ci ildə kompüter üçün ilk elektron qrafika oyunu yaratdı."OXO" adlanan oyunun çox sadə qaydaları vardı:doqquzxanalı kvadratdakı xanaları oyunçu və kompüter növbə ilə "X" və "O" hərfləri doldururdu. Şaquli, üfüqi və diaqonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran oyunçu qalib sayılırdı.

Nəhayət,1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı "Kosmik müharibə" oyununu yaratdı. Bu, məhdud yanacaq və silah ehtiyatına malik iki ulduz gəmisinin döyüşü idi. Yanacağı və silahı daha tez tükənən tərəf məğlub oldu. Beləliklə,"Kosmik müharibə" kommersiya tipli ilk kompüter oyunu oldu.

1970-ci illərin ortalarında kompüterlər həddən artıq böyük və baha idi. Buna görə də kompüter oyunları maraq doğursa da, uğur gətirmirdi. Bu vəziyyətdən çıxış yolunu Alman əsilli Amerika alimi Ralf Bayer tapdı: o, kompüter oyununu yox, videooyunların yeni tipini və onları televizorun ekranına imkanı verən kiçik, ucuz qurğu ixtira etdi.1971-ci ildə o, "Magnavox Odyssey" qoşma cihazına patent aldı.

1970-ci illərin ikinci yarısında fərdi kompüterlərin istehsalına başlandıqdan sonra video və kompüter oyunları biznesi sürətlə inkişaf etməyə başladı.1983-cü ildə dünya üzrə kompüter oyunları bazarının dövriyyəsi 3,2 milyard dollar təşkil edirdi.

2000-ci illərdə videooyun konsolu ilə mübarizəsində məğlub olmuş olsa belə, Sonralar, müasir dövrdə, yəni 2018-ci ildə kompüter oyun bazar dövriyyəsi 27,7 milyard dollara çatdı.

Kompüter oyunu növləri

[redaktə | mənbəni redaktə et]

Son illərdə sosial mediainternetin inkişafı nəticəsində yeni kompüter oyun növləri:Onlayn oyun,bulud oyun,sosyal şəbəkə oyunları, çox oyunçulu oyunlar meydana gəldi. Bunlarla yanaşı, daha köhnə oyun növləri:macəra,rpg (role playing game),mmorpg (massively multiplayeronline role playing game),fps (first person shooter),tps (third person shooter),rts (real time strategy),tbs (turn based strategy),simülasiya,gizlilik və s. kimi oyun növləri mövcuddur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]