Kondoa qaya təsvirləri | |
Kondoa Rock-Art Sites [* 1] | |
Ölkə | Tanzaniya |
---|---|
Tip | Mədəni |
Kriteriya | iii, vi |
Keçid | 1183rev |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 2006 (30-cu sessiya) |
|
|
Kondoa İranqi qayaüstü təsvirləri — Tanzaniyanın mərkəzindəki mağara divarlarında yer alan bir sıra qədim rəsmlərdir. Kondoa bölgəsi təsirli qaya təsvirləri kolleksiyasına görə 2006-cı ildə UNESCO-nun Ümumdünya irsi elan edilmişdir.[1]
Bu əraziyə daha əvvəl, 1937-ci ildə Tanzaniya Antikalar İdarəsi tərəfindən milli abidə adı verilmişdi.[2] Tanzaniya Antikalar İdarəsi tərəfindən bəzi rəsmlərin 50.000 ildən çox yaşı olduğuna inanılır. Lakin, bu təsvirlərin ümumilikdə 2000 yaşı var.[1] Rəsmlərdə uzanan insanlar, heyvanlar və ov səhnələri təsvir edilmişdir. Köhnə rəsmlər ümumiyyətlə qırmızıdır və ovçu-toplayıcılar ilə əlaqələndirilir. Lakin tez-tez bu fiqurlar sonradan çəkilmiş, aqro-pastoralistlərə aid ağ rəngli rəsmlər ilə üst-üstə düşür.[2] Bu təsvirlər Orta Daş dövründən Son Daş dövrünün əvvəlinə qədər uzanır və bu da rəsmləri bu keçid dövründəki mədəniyyət dəyişikliklərini öyrənmək üçün yaxşı bir kolleksiya halına gətirir.[3]
Bu ərazinin landşaftı Masai çölünün qərb çevrəsini təşkil edən iri qranit daşları ilə xarakterizə olunur.[4] Təsvirlərin aşkarlandığı qaya sığınacaqları, havanın təsvirindən nisbətən qorunur. Bu gün bəzədilmiş qaya sığınacaqları yerli İranqi xalqı tərəfindən şəfa mərasimləri zamanı heyvanların müntəzəm qurban kəsilməsi də daxil olmaqla mənəvi məqsədlər üçün istifadə olunur.[2] Qaya sığınacaqlarının davamlılığı və hələ də dəvam edən istifadəsi zamanla ərazidə məskunlaşmış insanlar arasında mədəni davamiyyətin olduğunu göstərir.[3]
Prezident Nelson Mandela ərazi haqqında demişdir:[1]
Afrikanın qaya sənəti bütün afrikalıların ortaq irsidir, amma bu, daha çoxudur. Bu, bəşəriyyətin ortaq irsidir. |
1929-cu ildə T.A.M Naş, Kondoa-İranii yaxınlığında kəşf etdiyi bəzi qırmızı oxra rəsm əsərlərinin icmalını dərc etdi.[4] Naş, qranit sığınacaqların qaya təsvirləri üçün ideal bir yer olduğunu düşündü və nəticədə, təxminən on dəqiqədən sonra bu fikrini təsdiqləyəcək təsvirləri aşkarlamaq üçün üçün təpənin ətrafını təmizlədi. Rəsmlərdən birində əlində çubuq tutan bir insan və fil fiquru təsvir edilmişdi. Naş, insanın dinc duruşunu şərh edərək rəsmin ov səhnəsini təsvir etdiyinə tərəddüd etdi. Digər rəsmlərdə zürafələr, mümkün bir kərgədan fraqmenti, başında konsentrik dairələrdən və başın yuxarı hissəsindən bədənin digər hissəsinə qədər uzanan xətlərdən ibarət bir insan şəkli və bəlli olmayan bəzi digər fiqurlar təsvir edilmişdi.[4]
Bu qaya sığınacaqlarının çoxunun ərazidəki müasir sakinlərə verdiyi mənəvi əhəmiyyətə görə, bu əraziləri qazarkən böyük diqqət göstərilməlidir. UNESCO-nun Ümumdünya İrsi Sənədləri 13-ə əsasən, yerli pastoral İranqi xalqı hələ də bəzi ərazilərdən ritual müalicə üçün istifadə edir.[2] Bu ritual tətbiqlərin bəzilərində istifadə edilən fəaliyyətlərin rəsmlərə təhdid yaratdığı deyilir.[3] Tanzaniya hökuməti yerli inanc sistemlərini hələ də tanımamışdır və buna görə ərazinin idarə edilməsi və qorunması ilə əlaqədar bir mübahisə mövcuddur.