Konka | |
---|---|
uk/Кінська | |
| |
Ölkə |
![]() |
Region | |
Rayonlar |
|
Mənbəyi | Azovboyu yüksəklik |
Mənsəbi | Dnepr çayı |
Uzunluğu | 149 km |
Su hövzəsi | 2600km² |
Hövzəsinin sahəsi | 2.600 km² |
![]() |
Konka, Kinka, Kinska və ya Kinski kimi tanınan Konka çayı (ukr. Кінська) — Ukraynanın Zaporojya vilayətindən axan Dnepr çayının sol qoludur. Çayın uzunluğu 146 km (91 mil)-dir. Drenaj su hövzəsi isə 26000 km²-dir. Azovboyu yüksəklikdən başlayır və Dneprdəki Kaxovka su anbarına axır. Çayın keçdiyi ərazilərdə Polohı və Orixiv şəhərləri yerləşir.[1] Çayın adı, Krım tatarcasında Yılki Su kimi səslənir, "vəhşi atların suyu" mənasını verir.[2]
Çayın zunluğu 149 km, hövzəsinin sahəsi isə 2600 km²-dir. Çayın mailliyi 1,7 m/km-dir. Yuxarı və orta axarda vadi darlaşır, aşağı axarında isə 3,5 km-ə qədər genişlənir. Aşağı axarda çay, dərinliyi 6–7 m olan kanal budaqlar və kanallar əmələ gətirir. Çayın qidasını qar və yağış suları təşkil edir. Dekabrdan martın əvvəlinə qədər buz örtüyü qeyri-sabitdir.
Konka çayının suyunun minerallaşması yüksəkdir. Uzun illər ərzində orta hesabla: yaz daşqını — 2407 mq/dm³; yay-payız aşağı su — 2766 mq/dm³; qışda aşağı su — 2812 mq/dm³-dir.[3]
1887-ci ildə çayın sahilləri məşhur geoloq, akademik Nikolay Sokolov tərəfindən tədqiq edilmişdir.[4].
Monqol sərkərdəsi Mamay xanın iqamətgahı da çayın mənsəbində yerləşirdi.[2] Çay, XVIII əsrdə Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında sərhəd rolunu oynamışdır.[5]
2023-cü ilin iyununda Rusiyanın Ukraynaya hücumu zamanı Kaxovka bəndinin partladılması Konkada suyun səviyyəsinin sürətlə aşağı düşməsinə səbəb oldu.[6]