Konstantin Malofeyev | |
---|---|
rus. Константин Валерьевич Малофеев | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 iyul 1974 (50 yaş) |
Təhsili |
|
Fəaliyyəti | menecer, sahibkar, investor |
tsgg.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Konstantin Valeryeviç Malofeev (rus. Константин Валерьевич Малофеев; 3 iyul 1974) — Rusiya iş adamı və "Dvuqlavıy oryol" Rusiya Tarixi Təhsilinin İnkişafı Cəmiyyəti adlı qeyri-hökumət və monarxist təşkilatın sədri.[1][2] O, rus pravoslav xristianlığına həsr olunmuş və Rusiya Prezidenti Vladimir Putini dəstəkləyən "Tsargrad" media qrupunun sədridir. O, "Marshall Capital Partners" beynəlxalq investisiya fondunun həmtəsisçisi,[3] "Safe Internet League"[4] qeyri-kommersiya tərəfdaşlığı qəyyumlar şurasının üzvü və Müqəddəs Böyük Vasili Xeyriyyə Fondunun sədridir.
17 oktyabr 2012-ci ildə Malofeyev namizədliyini elan etmiş və 18 noyabrda səslərin əksəriyyətini (74,85%) qazanaraq Smolensk vilayətinin Uqran rayonunun Znamenskoye Kənd Qəsəbəsinin Deputatlar Şurasına seçilmişdir.[5] Onun seçilməsi Smolenskdəki Vyazem regional məhkəməsinin Malofeyevin namizədliyini ləğv etməsinə və seçkilərdə korrupsiya ittihamı ilə onu seçki bülletenindən çıxarmasına baxmayaraq baş tutmuşdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Malofeyev ona verdiyi hər səsə görə 500 rubl ödəməyi təklif etmi.dir.[6]
Malofeyev "Monastyrsky, Zyuba, Stepanov & Partners"də hüquqşünas olan İrina Mixaylovna Vilter ilə evlidir. Onların üç övladı var: Kirill (1995-ci il təvəllüdlü), Natalya (1999-cu il təvəllüdlü) və Tatyana (2011-ci il təvəllüdlü).[7]