Konstantin Simonov | |
---|---|
Doğum adı | Кирилл Михайлович Симонов |
Doğum tarixi | 15 (28) noyabr 1915[1] |
Doğum yeri | |
Vəfat tarixi | 28 avqust 1979[1][2][…] (63 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, şair, tərcüməçi, dramaturq, ssenarist, yazıçı, nasir, siyasətçi, hərbi müxbir[d] |
Fəaliyyət illəri | 1936 — 1979 |
Əsərlərinin dili | rus dili |
İstiqamət | sosialist realizmi |
Janrlar | roman, povest, poema, şeir, pyes, oçerk |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Konstantin (Kirill) Mixayloviç Simonov (15 (28) noyabr 1915[1], Petroqrad[3] – 28 avqust 1979[1][2][…], Moskva[4]) — rus yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı (1974), Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət mükafatı laureatı.
Pyeslərin, ssenarilərin, publisistik oçerk və yol qeydlərinin, ədəbi-tənqidi məqalələrin müəllifidir.
Simonova müharibə (1941-1945) dövrü lirikası daha çox şöhrət qazandırmışdır. Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət mükafatı laureatıdır. Konstantin Simonov, İosif Stalinin göstərişi ilə Fransa, Yaponiya, hətta ABŞ-yə yollanıb, bu ölkələrdə siyasi təbliğatla məşğul olurdu.
1976-cı il fevralın 13-də SSRİ Elmlər Akademiyasında Sovet İttifaqı Kommunist Partiyası MK-nın baş ideoloqu M.Suslovun tələbi ilə böyük bir müzakirə keçirilir. Qırmızı imperiyanın hakim elitası: akademiklər, siyasi xadimlər, yazıçılar Oljas Süleymenovu "Az-Ya" kitabına görə mühakimə edirlər. Akademik B.A.Rıbakov özü ilə birlikdə 45 şovinisti ayağa qaldırır. Hamıdan çox qəzəblənən, Oljas Süleymanovu məşum "37-ci il" terminləri ilə hədələyənlərdən biri B.Y.Abayev olur. Yalnız bir nəfər - Konstantin Simonov qazax xalqının böyük oğlunun müdafiəsinə qalxır.
Böyük Vətən müharibəsinin başlanğıcından hərbi jurnalist kimi çalışmağa başlayan K.Simonov payız aylarında "Jdi menya" ("Gözlə məni") şeirini yazır. O, bu şeirini öz sevgilisinə həsr etsə də, "Jdi menya" müharibədə vuruşan ərlərini gözləyən bütün qadınların andına çevrilir. "Gözlə məni" şeiri poetik gücünün təsiri ilə dünyanın bir çox dillərinə, özü də dəfələrlə tərcümə olunaraq yayılıb.[5]
Təsadüfi deyil ki, şeir 1942-ci il, yanvarın 14-də dərc ediləndən dərhal sonra ayrı-ayrı xalqların, o cümlədən, Azərbaycan ədəbiyyatında da təsirli əks-sədaları eşidildi.[5]
Nəğmə olub dodaqlarda səslənən "Gözlə məni" şeirinin Azərbaycan dilində xeyli sayda uğurlu tərcümə nümunələri var, yəqin ki, hələ bundan sonra da olacaq. Çünki araşdırma zamanı məlum oldu ki, nisbətən yaşlı nəsillə (Ə.Kürçaylı, X.R.Ulutürk, Anar, İsa İsmayılzadə, S.Məmmədzadə və s.) yanaşı müasir dövrümüzdə poeziya aləminə gələn qələm sahibləri də (S.Babullaoğlu, Valeh Mirzə, X.Əfəndiyeva, Ü.Bünyadzadə və s.) həmin şeiri dilimizə tərcümə ediblər.[5]