Koqnitiv azadlıq və ya «əqli öz müqəddəratını təyinetmə hüququ» — fərdin öz zehni proseslərini, idrakını və şüurunu idarə etmək azadlığı. Bu konsepsiya düşüncə və vicdan azadlığı və bədəninizlə əlaqəli hərəkət azadlığı kimi anlayışları genişləndirir. Koqnitiv azadlıq beynəlxalq insan hüquqları müqavilələrində tanınmış bir hüquq deyil, lakin ABŞ-də məhdud bir səviyyədə tanınmışdır.
Müasir elm üçün şəxsiyyətin tədqiqi ənənəvi hal alıb. Hazırda şxsiyyətin quurluşunu əmələ gətirən meyil, istək, duyğu, hiss, tələbat, motiv, maraq, bilik, bacarıq, ideal, inanc, dəyər, dünyaya münasibət və s. məsələlər geniş şəkildə öyrənilir.[1]
Koqnitiv azadlığa sahib olmaq, düşüncə, yoga, holotropik nəfəs alma, psixoaktiv maddələrin istifadəsi (məsələn, psixodeliklər, psixostimulyatorlar və digər qrupların maddələri), neyroteknologiyaların dəyişdirilmiş şüur vəziyyətlərinə çatma yollarında məhdudiyyətsiz olmaq və s. deməkdir.
Şəxsiyyətin quruluşundakı azadlıq göstəricilərinə psixologiyada onun harmonik inkişafının əsas şərtlərdən biri kimi baxılır. Bu fikir dünyanın tanınmış psixoloqların elmi tədqiqatlarında da təsdiqlənir. İnsan azadlığa yalnız müstəqil və şüurlu şəkildə, motivlərə əsaslanaraq qərarlar qəbul etdiyi halda sahib ola bilir. Yalnız bu yolla öz istəklərini həyata keçirir. Bundan başqa, fərdi azadlığın məzmunu və əhatə dairəsi fərqlidir. Bu fərq bir sıra məsələlərə görə ayırd edilir: "[2].
Hələ qədim dövrlərdən başlayaraq insanın bütövlüyü haqqında Aristotel və Hippokrat tərəfindən irəli sürülən ilk fikirlər sonralar bir sıra fəlsəfi və psixoloji cərəyanlarda (ekzistentialist, personalist[5], biheviorist, humanist, koqnitivist və s.), ayrıayrı nəzəriyyələrdə mütəxəssislər tərəfindən (Freyd, Yung, Adler, Ayzenk, Fromm, Ollport, Vıgotski, Şeler, Yudin, Caspers, Bell, Berdyayev, Bozoviç, Vernadski, və b.) müxtəlif aspektlərdə tədqiq edilərək azadlıq haqqındakı klassik elmi düşüncələr daha da inkişaf etdirilmişdir. Fərdi inkişaf konsepsiyaları arasında Avropa və Amerikanın bir sıra tədqiqatçılarının yanaşmaları dünyada qəbul olunur[6]:
C.Kelli hesab edir ki, insan öz azadlığının sərhədlərini özü müstəqil olaraq müəyyənləşdirərək bu ölçünü şəxsi mühakimələrinə görə təyin edir. S.L.Rubinşteyn insan azadlığını özünün davranış imkanlarını müstəqil olaraq təyin etmək bacarığı kimi şərh edir. İnsan buna uyğun olmayan bütün qərarları rədd edir. M.Baxtin şəxsiyyətin polifonik və çoxbucaqlı olduğuna inanaraq onun formalaşmasında əməyin böyük əhəmiyyətini vurğulayır. O, hərəkət aktının əhəmiyyətini inteqral şəxsiyyətin formalaşdırılmasında əsas vasitələrdən biri kimi müəyyən edirdi.
A.Leontyev şəxsiyyətin bütövlüyü məsələsini müzakirə edərkən onun nüvəsini tam olaraq müəyyənləşdirməyə çalışırdı. A.Leontyev bu nüvəni fəaliyyətdə görürdü. L.S.Vıqotskiyə görə, hərəkət şüurun dəyişdirilməsi yolu ilə mükəmməl bir şəxsiyyətin "yaranmasına" imkan verir. O ilkin, refleksiv səviyyədən mənəvi səviyyəyə qalxır.
İstənilən daxili qüvvə: instinkt, refleks, meyil, istək, hiss, tələbat və b. insanın fəaliyyət, ünsiyyət və davranışının stimulverici mənbəyidir. Azadlıq fenomeni də onların təsiri ilə hissə, meyilə, tələbata, motivə, məqsədə, nəhayət fəaliyyətə çevrilir. Fəaliyyətin baş verməsində iştirak edən elementlərin ən başlıcası insanın koqnitiv bacarıqlarıdır. Koqnitiv bacarığı belə başa düşməliyik: insan öz fəaliyyətini planlaşdırır, onu mərhələlərlə təşkil edir, nəzarətdə saxlayır və səmərəli nəticələr əldə edir.
Bu prosesdə sırf idrak prosesləri və proseslərarası əlaqələr iştirak etsələr də, onları mənalandıran, stimullaşdıran, hərəkətə gətirən köməkçi amillər də vardır. Xüsusən, əgər biz şəxsiyyətdən, onun məqsədyönlü fəaliyyət motivindən – azad olmaq, müstəqil olmaq, sərbəst qalmaq imkanlarına nailolma cəhdlərindən, səylərindən danışırıqsa, bu quruluşları hərəkətə gətirmədən gözlənilən nəticəni əldə etmək də olmaz