Korinf ittifaqı

Korinf ittifaqı (bəzi mənbələrdə ellin ittifaqı, rəsmi — ellinlər (Έλληνες) də adlandırılmışdır) — e.ə. 338/337-ci illərin qışında Makedoniya hökmdarı II Filipp tərəfindən İrana qarşı birgə mübarizə aparmaq məqsədilə yaradılmış yunan şəhər-dövlətlərin ittifaqı. Bu ittifaq müasir tarixçilər tərəfindən Korinf ittifaqı adlandırılmışdır.

Korinf ittifaqına daxil olan şəhər-dövlətlər aşağıdakı hüquq və vəzifələrə malik idi:

  • İttifaqa daxil olan dövlət öz müstəqilliyini saxlayırdı.
  • Sinedrion və ya konqress nümayəndələri Korinfə toplanmalı idi.
  • İttifaq bu ittifaqın hər hansı bir üzvünə qarşı törədilən təcavüzkarlıq və ya fitnəkarlıq hərəkətlərinə qarşı birlikdə hərəkət etməli idi.
  • İttifaq bu ittifaqa daxil olan ökələrin böyüklüyünə uyğun müəyyən edilən limit daxilində toplanan silahlı qüvvələrə malik idi.
  • II Filipp ittifaq ordusunun komandanı olmalı idi.

İttifaqın idarəetmə orqanları:

  • Korinf ittifaqının ali idarəetmə orqanı -"Ellinlərin sinedrionu"
  • Korinf ittifaqının ali vəzifəli şəxsi — "Ellinlərin iqemonu"