Korjinski armudu

Korjinski armudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Korjinski armudu (lat. Pyrus korshinskyi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda meşələrdə aşağı yaruslarda rast gəlinir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Orta hündürlüyə malik tikansız ağacdır. Zoğlarının qabığı boz-qonurumtul olub, sıx tükcüklərlə örtülüdür. Yarpaqları 5–10 sm uzunluğunda, 2-4 sm enində, yumurtavari, dilşəkillidir, ucu sivridir, uzunsov, kənarları dalğavari mişardişli, üzəri sıx tükcüklərlə örtülüdür. Yarpaq saplağının uzunluğu 1,5-5 sm-dir. Çiçəkləri 3-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. 5 ləçəkdən ibarət, tək-tək yerləşən çiçək tacı ağ, çəhrayı rəngdədir. Kasacığı 5 kasacıq yarpağından ibarətdir, xaricdən sıx keçətüklü, daxildən seyrək tüklüdür. Dişicik sütuncuğu 5, bəzən 2-4 olub, yumurtalıq 5 yuvalıdır. Meyvələri enli armud və ya şarşəkilli, ləti şirəli, bir az daşlaşmışdır.

Quraqlığa davamlı ağacdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bir çox rayonunda yaşıllıqlarda mədəni şəraitdə becərilir.

Bu armudun meyvələrində çoxlu karbohidrat olduğu üçün faydalıdır. Odur ki, meyvələri həm təzə, həmçinin bişirilmiş halda yeyilir. Meyvə şərabı, sərinləşdirici içkilər, kvas üçün cövhər kimi istifadə edilir. Toxumlarından kofe hazırlanır.