Kornuoll dondurması

Kornuoll dondurması yeyən qadın.

Kornuoll dondurması (ing. Cornish ice cream) – Böyük Britaniyanın cənub-qərbində, Kornuollda hazırlanan dondurma çeşidi. Hazırlanmasında Kornuoll qatılaşmış qaymağından istifadə olunur, bəzən isə sorbedən də istifadə oluna bilər. Hazırda Kornuollda fermalarda sağılmış süddən hazırlanmağa davam edilsə də, bütün Böyük Britaniyada Kornuoll dondurması (və bütün brendləri) satılır. Adi dondurma və vanilya ekstratından da hazırlana bilər. Hazırda bəzi şirkətlər (Şərqi Luudakı bir şirkət kimi) Kornuoll dondurmasının istehsalında ancaq Kornuoll qaymağından və Kornuoll südündən istifadə etdiklərini iddia edirlər.[1]

  1. "Traeleavans Luxury Cornish Ice Cream". Cornwallfoodfinder.co.uk. 2013-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]