Koron adası

Koron adası
ing. Coron Island
Ümumi məlumatlar
Sahəsi 71 km²
Uzunluğu
  • 20 km
Eni 9 km
Hündür nöqtəsi 600 m
Əhalisi 2.649 nəfər (2010-cu il)
Yerləşməsi
11°54′30″ şm. e. 120°14′30″ ş. u.HGYO
Ölkə  Filippin
Akvatoriya
Koron adası xəritədə
Koron adası
Koron adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Koron adası (ing. Coron Island) — Sulu dənizində yerləşən ada. Eyni adlı inzibati vahidliyə daxildir.

Koron adssı üçbucq formaya malikdir. Onun uzunluğu 20 km, eni 9 km, sahəsi isə 71 km²-dir. Ən hündür nöqtəsi 600 metrdir[1]. 2010-cu il siyahıya alınmasına görə Koron adasında 2649 nəfər yaşayır. Onlar əsasən iki qəsəbədə cəmləşmişlər Banuanq-Daan və Kabuqao[1]. yerli əhali adanı Kalis adlandırır.

Ada ərazisinin 70 % sərt uclu təpələrlə örtülüdür. 25 % alcaq təpələr, cəmi 5 % isə düzənlikdən ibarətdir. Koron adasından şimalda Busuanqa , 15 km qərbdə isə Kulion adası yerləşir.

Ada təmiz ekoloji mühiti ilə seçiir. Adad yerləşən Kayaqan gölü ölkənin ən təmiz gölüdür. bu əsrarəngiz təbiəti olan ada UNESCO Ümumdünya irsi siyahısına daxildir[2].

Bundan əlavə ada sahillərinə yaxın ərazidə 1944–1945-ci illərdəki Yaponiya ordusununa qarşı həyata keçirilən Filippin əməliyyatı zamanı 15 yapon gəmisi batırılmışdır. Bu isə dalğıcları hazırda bölgəyə cəlb edir. Batırılmış gəmilər: Aksiuşima, "İrako", "Okikava Maru", "Koqyu Maru", "Olimpiya Maru", "Kyokuzan Maru", "Terukaee Maru", "Nansin Maru"[3]. Maraqlısı budur ki, adı çəkilən gəmilərin hamısı 24 sentyabr 1944-cü ildə 40 dəqiqə ərzində batırılmışdır[4].

  1. 1 2 Coron Island Natural Biotic Area Arxivləşdirilib 2017-09-20 at the Wayback Machine (ing.)
  2. "Coron Island Natural Biotic Area". 2017-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.
  3. Coron Bay Palawan Philippines Dive Site — World Famous Wreck Diving Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine (ing.)
  4. Histoire des épaves japonaises de la baie de Coron Arxivləşdirilib 2016-04-16 at the Wayback Machine (fr.)