Korrektura

Korrektura – [lat. correction, corectio – təshih etmə] sözünün aşağıdakı mənaları var:

  1. mətnin yığımı zamanı buraxılmış durğu işarələrinin və orfoqrafiya səhvlərinin düzəldilməsi;
  2. mətbəədə yığılmış mətn (nabor) səhvlərinin düzəldilməsi, təshih edilməsi;
  3. yığılan mətndən (nabordan) çıxarılan nüsxə;
  4. səhvləri düzəltmək üçün yığılmış mətndən çıxardılan nüsxə.

Korrektura işarələri – yığılmış mətndə buraxılmış səhvləri təshih etmək və çapda olan qüsurları göstərmək üçün işlədilən xüsusi işarələr.

Korrektor – [lat. corrector – təshih edən] mətbəədə, qəzetdə, kitabda, jurnalda və. s-də səhvlərin düzəldilməsini korrektura edən – korrektura ilə məşğul olan adam.

  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Korrektura[ölü keçid]

Korrektorluq haqqında