Koryolink | |
---|---|
kor. 고려링크 | |
| |
| |
Ümumi məlumatlar | |
Tipi | Birgə müəssisə |
Sənaye | Pxenyan və daha beş şəhər, eləcə də səkkiz magistral yol və dəmir yolu |
Məhsulları | Telefoniya, mobil şəbəkə xidməti |
Təsis tarixi | 2008 |
Baş qərargahın yeri | Pxenyan, KXDR |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | 5.800.000 $ |
Struktur | |
Ana şirkət |
Global Telecom Holding S.A.E. (75%) Koreya Poçt və Telekomunikasiya Korporasiyası (25%) |
Koryolink (kor. 고려링크; koryolink olaraq üslublaşdırılıb) — KXDR (Şimali Koreya) simsiz telekommunikasiya provayderi. "Orascom Telecom Media and Technology Holding" (OTMT) ilə dövlət şirkəti olan "Koreya Poçt və Telekomunikasiya Korporasiyası" (KPTK) şirkətlərinin birgə mülkü olan "Koryolink" 2008-ci ildə təsis edilmişdir və Şimali Koreyanın ilk 3G mobil operatorudur.[1] Şirkət Pxenyan şəhəri və daha beş şəhərdə, eləcə də səkkiz magistral yol və dəmir yolunda xidmət göstərir. Şəbəkədəki telefon nömrələri +850 (0)1912 kombinasiyası ilə başlayır. 3G şəbəkə olmasına baxmayaraq, yerli istifadəçilər internetə daxil ola bilməzlər. 2014-cü ilin aprel ayından bəri əcnəbilər üçün məhdudi sürətli və ya tıxac miqdarı olan mobil internet bağlantısı mövcuddur.[2]
2008-ci ilin yanvar ayında "Orascom Telecom Holding" Şimali Koreyada 3G mobil şəbəkəsi təsis etmək hüququna layiq görülmüşdür. "Koryolink" 3G şəbəkəsini ilk öncə iki milyondan çox nəfərlik bir əhaliyə malik olan Pxenyan şəhərini, daha sonra isə bütün ölkəni əhatə etmək planı ilə təsis etmişdir.
2008-ci ilin dekabr ayında şəbəkə fəaliyyətə başlayanda onun 5.300 abunəçisi var idi.[3] "Orascom" şirkətinin verdiyi məlumata görə şəbəkə fəaliyyətə başlayandan düz iki il sonra – 2010-cu ilin dekabr ayında şəbəkənin 432.000 abunəçisi,[4] 2011-ci ilin sentyabr ayında 809.000 abunəçisi,[5] 2012-ci ilin fevral ayında isə 1.000.000-dan çox abunəçisi var idi.[6] 2013-cü ilin aprel ayında şəbəkənin 2.000.000-a yaxın abunəçisi var idi.[7]
2015-ci ildə şəbəkənin abunəçilərinin ümumi sayı 3.000.000-u keçmişdir. Buna baxmayaraq, KXDR hökuməti əldə edilən qazancları "Orascom" şirkətinə verməmiş, hətta ikinci bir şəbəkə ("Kangsong Net") təsis etmişdir.[8] Nəticə olaraq, "Orascom" şəbəkədəki bütün fəaliyyətini dayandırmışdır.[1][9]
"Koryolink" şəbəkəsində sadəcə ölkədaxili zənglərə icazə verilir.[10]
26 fevral 2013-cü ildə "Koryolink" şəbəkəsi xaricilər üçün internet xidməti açmışdır.[11] 29 mart 2013-cü ildə "Koryolink" şəbəkəsi xaricilərə göstəeilən internet xidmətlərinə məhdudiyyətlər qoyulmuşdur.[12]