Kosmik Məsuliyyət Konvensiyası | |
---|---|
Kosmik Cisimlər tərəfindən Zərərə görə Beynəlxalq Məsuliyyət Konvensiyası | |
İmzalanma tarixi | 1971, 1967 |
Qüvvəyə minməsi | 1972 |
Kosmik Məsuliyyət Konvensiyası olaraq da bilinən Kosmik Cisimlər tərəfindən Zərərə görə Beynəlxalq Məsuliyyət Konvensiyası — 1967-ci il tarixli Xarici Kosmik Müqavilə ilə tətbiq olunan məsuliyyət qaydalarını genişləndirən 1972-ci il müqaviləsidir. Müqavilə əsasında edilən ilk müraciət Sovet İttifaqının Cosmos 954 nüvə peykinin Kanadaya düşməsindən sonra edilmişdir. Növbəti il Skylabın Qərbi Avstraliyada qəzaya uğraması nəticəsində ölüm, xəsarət və ya maddi ziyan olmamışdı, fəqət Esperance əyalətinin rəhbərliyi, ətrafı çirkləndirdiyinə görə ABŞ-ni 400 dollar cərimə etmişdir. NASA bu cəriməni ödəməyib. 2009-cu ilin aprelində radio aparıcısı olan Scott Barley pul cəzasını dinləyicilərindən yığdığı vəsaitlər hesabına NASA adından ödəmişdir.