Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət.
İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur.[1] Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur.
Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Heç bir suborbital kosmik turizm hələ meydana gəlməsə də, gələcəkdə kosmik turizmin daha əlverişli olacağı proqnozlaşdırılır.
ABŞ-nin Delaver Universiteti və İtaliyanın Roma şəhərindəki La Sapiens Universitetinin mütəxəssislərinin birgə keçirdiyi tədqiqatın proqnozlarına görə, 2021-ci il üçün artıq dünyada təqribən 21 min nəfərə yaxın adam kosmik səyahətə getmək həvəsində olacaqdır və bunun üçün də zəruri olan bütün vəsaitlərə malik olacaqlar. Bütün bunların cəmi olaraq isə, biznesin bu növü kosmik turizm uçuşlarının təşkilatçılarına ildə 700 milyon dollar pul gətirə bilər.[3]
Araşdırmanın nəticələrinə görə, hal-hazırda yalnız çox az arzu edən insan Beynəlxalq Kosmik Stansiyada iki həftəlik qonaq qalmaq üçün 20 milyon dollar həcmində vəsait ödəyə bilmək iqtidarındadır. Ona görə də bundan daha da cəlbedici variant kimi – suborbital kosmik uçuşlar görünür.[4] Belə ki, belə uçuşlarda iştirak etmək üçün lazım olan biletin qiyməti 80 min dollar həndəvərində ola bilər.[5] Müəyyən edildiyinə görə, turistlər artıq 2010–2015-ci illərdə suborbital uçuşlardan istifadə edə biləcəklər. İlk kosmik mehmanxana isə artıq 2025-ci ildə reallığa çevrilə bilər.