Kosovo avtomobil dövlət yol nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Kosovo Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə. Kosovo Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilir. Kosovanın yeni dövlət yol nişanları 6 dekabr 2010-cu il tarixində tanıdılmışdır.[1] 1 noyabr 2011-ci il tarixindən etibarən Kosovonun şimalındakı köhnə Serbiya nəqliyyat vasitəsi lövhələri UNMİK lövhələri ilə dəyişdirilmişdir.
Kosovanın yeni dövlət qeydiyyat nişanı dizaynı 6 dekabr 2010-cu il tarixində tanıdılmışdır.[1] Yeni lövhəyə RKS ifadəsi əlavə olunub. Söz mövzusu olan RKS (Republic of Kosovo) hərfləri Kosovo Respublikasının beynəlxalq ölkə kodudur. Lövhənin sol yuxarısında mavi lent içində RKS ifadəsi vardır.
Lövhədə mavi zolağın sağdan iki xana olaraq regionun qeydiyyat nömrəsi, sonra Kosovo gerbi, üç rəqəmli say və iki rəqəmli hərf sırası yer alır.[2] Üç rəqəmli say sırası 101-dən, iki rəqəmli hərf sırası isə AA-dan başlayır.
1 noyabr 2011-ci il tarixindən etibarən Kosovonun şimalındakı köhnə Serbiya nəqliyyat vasitəsi lövhələri UNMİK lövhələri ilə dəyişdirilib və bu lövhələr Kosovo — Serbiya nəqliyyatında istifadə edilir.
Kod | Region | Kod regionundakı bələdiyyələr |
---|---|---|
01 | Priştina | |
02 | Mitroviça | |
03 | İpək | |
04 | Prizren | |
05 | Ferizovik | |
06 | Gilan | |
07 | Yakova |
UNMIK nəqliyyat vasitəsi lövhələri UNMİK tərəfindən 1999-cu ildən 2010-cu ilə qədər istifadə edilmişdir. 1 noyabr 2011-ci il tarixindən etibarən Serbiyaya avtomobillə keçmək vəziyyətində olan Kosovo vətəndaşları üçün istifadədə olub. Kosovonun şimalındakı köhnə Serbiya nəqliyyat vasitəsi lövhələri də UNMİK lövhələri ilə dəyişdirilib və bu lövhələr Kosovo — Serbiya nəqliyyatında istifadə edilir. Serbiyada yeni Kosovo lövhələri istifadə edilmir.
2010-cu ilin dekabrından etibarən bu nömrələrin verilməsi dayandırılmışdır. Ancaq Priştina ilə Belqrad arasındakı siyasi danışıqların işığında bu köhnə UNMİK lövhələrinin Kosovonunn şimalı üçün və Serbiyaya səyahət edəcək Kosovo vətəndaşları üçün istifadəsi davam edir.
Kosovonun müstəqilliyindən əvvəl muxtar bölgə statusunda olduğu üçün Yuqoslaviya Sosialist Federativ Respublikası və dağılmasından sonra Yuqoslaviya Federativ Respublikası dövründə Yuqoslaviya daxilində istifadə edilən lövhələr bölgədə də eynilə istifadə edilmişdir.
Yuqoslaviya dövrü nəqliyyat vasitəsi lövhələrinin ilk qismi əlaqədar region mərkəzinin qısaltmasını (PZ = Prizren, PR = Priştina kimi) ifadə etmişdir. Sonrakı say qisimləri də nəqliyyat vasitəsinin qeydiyyatdan keçməsi əsnasında verilirdi.