Rayon mərkəzindən 20 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Kotanlıçayın sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kotanı kimi[4], Qafqazın 5 verstlik xəritəsində Kotanlı[5], erməni dilində Kyotanlu formasında[6] qeyd edilmişdir. Kotanlı kəndi kənddən 1 km aralıda tarixən mövcud olmuş və Kuteni (Kotanlı) adlandırılmış
[7] kəndin yaxınlığında salınmışdır.
Toponim qıpçaq türk tayfasından olan kotan etnoniminə[8] mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə əmələ gəlib "kotan tayfasına mənsub yaşayış yeri" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Qarmraşen (Qırmızıkənd) qoyulmuşdur. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. Azərbaycanda və Ermənistanda türkmənşəli bir sıra toponimlərdə "Kotan" sözü əsas е’tibarilə iki mə’nadadır:
Qıpçaqların mənbələrdə qeyd olunmuş Kotyan tayfasının[9] adını əks etdirir.
Bə’zi toponimlərdə isə türk dillərində kutan "qışlaqda maldarların düşərgə yeri", "tövlə" Bax:[10] Koş-Kutan, "gecələr heyvan salınan yеr", "qoyun üçün ağıl"[11]sözündəndir.Bu kənd еrkən orta əsrlərdə Anadoluda yaşamış Kotan (Kotyan) tayfasının[12]məskunlaşması nəticəsində yaranmışdır.
Kənddə 1873-cü ildə 256 nəfər, 1886-cü ildə 392 nəfər, 1897-ci ildə 456 nəfər, 1904-cü ildə 611 nəfər, 1914-cü ildə 672 nəfər, 1916-cı ildə 532 nəfər yalnız azərbaycanlı yaşamışdır[13].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 61 nəfər, 1926-cı ildə 193 nəfər, 1931-ci ildə 351 nəfər azərbaycanlı yaşamışdır[13]. Ermənistan dövləti 1988-ci il noyabrın 28-də kənddə yaşayan azərbaycanlılar zorla tarixi-etnik torpaqlarından qovmuşdur. İndi ermənilər yaşayır.[14]