Enderbi Torpağı | |
---|---|
ing. "Coats Land" | |
77°00′ c. e. 27°00′ ş. u.HGYO | |
Ölkə | Antarktida |
Vikianbarda əlaqəli mediafayllar |
Kots Torpağı[1][2][3] (ing. Coats Land) — Şərqi Antarktidada 20° və 36° qərb uzunluqları arasında yerləşir. Şərqdən Kraliça Mod Torpağı, qərbdən isə Filhnera şelf buzlağı əhatələnir. Dəniz kənarı bölgədə Luitpold və Kerd sahilləri ərazisi daxildir.
Kots Torpağının böyük hissəsi materik buzlağından ibarətdir. Buzlağın qalınlığı 500—1000 metr təşkil edir. Buzlaq şelfə doğru uzanır. Sahillərini Ueddell dənizi yuyur. Qərb hissədə Teron dağı buzlağın üzərinə çıxır.
Torpaq 1904-ci ildə Şotlandiya Milli Antarktika ekspedisiyasının rəhbəri Vilyam Bryus tərəfindən Ceyms və Endryu Kots qardaşlarının şərəfinə adlandlrılmımdır. Onlar ekspedisiyanı maliyyələşdirənlər olmuşlar.
Əraziyə Argentina və Böyük Britaniya iddia edir. 1961-ci ildən bütün mübahisələr dondurulmuşdur. Kots Topağı sahilində Böyük Britaniyaya məxsus Halli və Argentinaya məxsus olan Belqrano adlı qütb stansiyası fəaliyyət göstərur.