Kovboy

Kovboy (en. cow-inək, boy-oğlan) - Amerikada at belində inək otaranlara və buna yaxın peşəli insanlara verilən ad.

Şimali Amerikaya ilk dəfə avropalılar 17-ci əsrdə gəliblər. Yüz ildən artıq onlar Atlantik okeanının sahilində yaşayıblar. 19-cu əsrin əvvəllərində Birləşmiş Ştatlar (BŞ) qərbə tərəf istiqamət alarkən sərhəd Missisipi çayı boyunca idi. 1845-ci ildə Texas da BŞ-ın tərkibinə daxil oldu. 1853-cü ilədək isə bu ölkə Alyaskanı çıxmaq şərtilə müasir ərazilərə yiyələndi.

Bu hadisə 2 mühüm problem yaratdı. Birincisi, minlərlə avropalı, daha doğrusu amerikalı Qərbə miqrasiya etdi ki bu geniş düzənliklərdə və onlardan da kənarlarda yeni həyat başladı. İkincisi isə Vətəndaş müharibəsi oldu (1861-1865). Artıq kovboyların erası başlamaq üzrə idi. Əsl kovboylar əslində ingilis dilində danışan ağ dərili amerikalılar idilər. Bir çox kovboylar isə qara dərili idilər və onların danışdığı dil əsasən ispan dili idi.

Kovboy 1887-ci ildə

Hər 7 kovboydan biri Afrikadan çıxmışdı. Onlara Net Lav və Con Uar kimi məşhur və "süni" kovboyları misal göstərmək olar. Kovboylar arasında materikin ilk sakinləri olan hindular və meksikalılar da olurdu. Müasir zamanın ən parlaq əfsanələrindən olan kovboylar haqqında əfsanə də məhz belə yaranıb.

Kişilər (hətta bəzən qadınlar da) müxtəlif səbəblər üzündən kovboy olurdular. Vətəndaş müharibəsi (Şimal İttifaqı quldarlığı ləğv etmək istəyirdi) demək olar ki, 3 milyon nəfəri əlinə silah götürməyə məcbur etdi. 1865-ci ildə Şimalın Cənub üzərindəki qələbəsindən sonra evlərinə qayıdan vətəndaşlar gördülər ki, onlar üçün heç bir iş yoxdur. Qayıdanlar arasında Şimal İttifaqının tərəfdarları olan 200 minə yaxın keçmiş qullar da vardı. Demobilizasiyaya uğramış bir çox hərbçilər-həm ağlar, həm də qaralar kovboy işinə düzəldilər. Onlara şimal-şərqdən öz varlı ailələrini macəra axtarışıyla tərk etmiş onlarla gənc də qoşuldu. Lakin kovboyların işi romantik deyildi. Onların həyatı daha çox ağır, çirkin və rəngsiz idi. Kovboyların 20 il sürən erasında (1866-1886) Qırmızı Skot Çarlığı yaradılmışdı. Sakit okean sahillərində məskunlaşmamışdan əvvəl Amerikanın qərbi Böyük Düzənliklər sayılırdı. Zaman keçdikcə köhnə qərbin ştatları olan Kanzas və Nebraska da İttifaqa girdilər (müvafiq olaraq 1861 və 1867).

Kovboyların ilk vətəni olan Texas uzun müddət Meksika ilə Birləşmiş Ştatlar arasında münaqişəyə səbəb olmuşdu. 19-cu əsrdə minlərlə amerikalının Texasa köçməsi onlarla Meksika hökuməti arasında olan münaqişənin daha da qızışmasına səbəb oldu. 1835-ci ildə Meksikalı general Santa Anna 7 minlik qoşunla Texasa daxil oldu. Onların qarşısına cəmi 220 nəfərdən ibarət olan Alamo hərbi qarnizonu çıxdı. Onların hamısı məhv edildi, lakin onların göstərdiyi cəsurluq texaslıları Santa Annaya qarşı qalxmağa təkan verdi. Meksikalılar tezliklə məğlub edildi. 1836-cı ildə Texas müstəqillik əldə etdi, 8 il sonra isə İttifaqa daxil oldu.

Kovboyların həyat tərzi

[redaktə | vikimətni redaktə et]

Kovboylar filmlərdə göstərildiyi kimi iri və güclü atlarda deyil, adətən kiçik ölçülü ponilərdə gəzirdilər. Onlar nadir hallarda gün ərzində yalnız bir atla gəzirdilər. 1800-cü ildə düzənliklərdə 2 milyondan çox vəhşi at yaşayırdı. Onlara mustanq və ya bronko deyirdilər. Bu atları əhilləşdirmək mümkün olduqda, bu atlarla çox yaxşı davranırdılar. Bu mustanqlardan çox yaxşı köməkçi çıxırdı.

Kovboyların geyimi rahat olsa da, naşı idi. Yolda kovboy cəmi bir köynək və bir cüt şalvarla keçinirdi. Geriyə qayıdanda yararsız hala düşmüş geyimini atır və yenisini alırdı. İmkanlı kovboylar yanlarında revolverdən əlavə, vinçester də gəzdirirdilər. Onun çəkisi 7 fut (3 kq) idi. Dəqiqliyi isə 650 fut (200 m) idi.

Kovboyların ən çox nifrət etdiyi şəxslər qitənin yerli sakinləri olan hindular idi. Ağdərili insanların bu ərazilərdə məskunlaşmasına ən çox hiddətlənən isə hinduların Siu tayfası idi. 1874-cü ildə siu hindularının məskunlaşdığı Dakotada qızıl tapıldıqdan sonra vəziyyət daha da gərginləşdi. Minlərlə amerikalının bu ərazilərə daxil olması hinduları daha da hiddətləndirdi. Siular amerikalıların düşərgələrinə hücum edərək onları dağıdırdılar. Həyəcanı yatırmaq üçün ora polkovnik Corc Armstronq Kaster göndərildi. 1876-cı il iyunun 5-də Kasterin 215 nəfərlik dəstəsi hinduların tələsinə düşdü. Bütün əsgərləri məhv etmək bir saatdan da az vaxta başa gəldi.

Müasir kovboylar

[redaktə | vikimətni redaktə et]

Amerika kovboyları dünyada olan bütün kovboyların kiçik bir hissəsini təşkil edir. Cənubi Amerika qauçoları Argentina və Uruqvayda yayılıblar. Amerika kovboyları isə meksikalı vakuerolardan törəyiblər. Meksikalı kovboylar isə çarroslar adlanırlar. 1965-ci ildə Okloxama sitidə kovboyların Milli Sarayı açılır.

Kovboylar ona görə belə məşhurlaşıblar ki, onlar at çapmaq üzrə ustalıqda hamını qabaqlayıblar və həm də ona görə ki, onların həyat obrazı yüzlərlə roman və kinofilmlərdə işıqlandırılıb.