Kovey sui-qəsdi (ing. The Conway Cabal) — ABŞ İstiqlal müharibəsi zamanı, 1777-ci ilin sonu və 1778-ci ilin əvvəlində ordunun baş komandanı bir qrup yüksək rütbəli Kontinental Ordu zabiti tərəfindən Corc Vaşinqtona qarşı sui-qesdçilər qrupu. Sui-qəsd öz adını Vaşinqtonu tənqid edən məktubları Kontinental Konqresə briqada generalı Tomas Konveyin adından götürmüşdür.
Məktublar məlum olanda Vaşinqton tərəfdarları onun müdafiəsinə qalxmışdılar. Konvey nəhayət ordunu tərk etmiş və baş komandan vəzifəsinə əsas namizəd olan general Horatsio Geyts sui-qəsddə iştirakına görə üzr istəmişdir. Vaşinqton belə bir sui-qəsdin olduğuna əmin olsa da, mütəşəkkil sui-qəsdin sübutu yox idi. İddialara görə, sui-qəsddə ordu zabitlərindən başqa Con Adams, Samuel Adams, Riçard Henri Li və Ceyms Lovell də iştirak edirdilər.[1]