Krım Tatar mətbəxi

Krım tatar mətbəxinin yarandığı Krım yarımadası bitki örtüyü, ət, tərəvəz və meyvələrlə zəngindir. Krım tatar mətbəxi uzun illərdir ki, Ukrayna, Yunanıstan, İtaliya, Türkiyə, Qafqaz, Rusiya və digər ölkələrin mədəniyyəti ilə təmasdadır. Həmçinin subetnik qruplarda da xüsusiyyətlər müşahidə olunur. Tərəvəz, meyvə və balıq tez-tez cənubluların süfrəsində olur, çöl sakinləri isə ət və süd məhsullarını istənilən formada yeməyi sevirlər və böyük kulinariya sirlərini daşıyırlar. Bütün bunlara baxmayaraq, hər süfrədə milli xörəklərə yer var.[1]

Ənənəvi yeməklər

[redaktə | mənbəni redaktə et]
  • Çiberek — Yarım ay şəklində içlik üzərinə qatlanmış bir dəyirmi xəmir parçası ilə hazırlanır. Krım tatarlarının milli yeməyi, Türkiyə, Rumıniya, Rusiya və Özbəkistandakı Krım tatar diasporalarında da məşhurdur.
  • Burma — ənənəvi Krım yeməyi
  • Yantiq — manqalda bişirilmiş çibərək.
  • Köbete — iki qat xəmir arasında düyü və toyuq içliyi olan, bişmiş ənənəvi yemək.
  • Tabaq börək — şorba (qaşıq börək) ətli xırda küftə.
  • Gubadia(və ya qubadia)- qat-qat ət, düyü, doğranmış yumurta, kişmiş və pendirdən hazırlanmış yemək.
  • Şorba — iri tikə mal və qoyun əti, soğan, yerkökü və digər tərəvəzlərdən ibarət ət şorbası.
  • Baqla külü — yaşıl noxuddan və ya lobyadan hazırlanan şorba, vegetarian yeməyi.
  • Dolma — ətli bolqar bibəri.
  • Sarma — üzüm yarpağına bükülmüş ət.
  • Ayran — milli içki.
  • Pite — ənənəvi çörək.
kırım

Qədim dövrlərdən bəri Krım tatarları çöllərdə, dağlarda və Qara dəniz sahillərində yaşayıblar. Onların mətbəxində ət yeməkləri üstünlük təşkil edirdir. Bunlara quzu əti, mal əti və s. daxildir. XV əsrdə zadəgan venesiyalı Ambrose Contarini yazırdı ki, çöl tatarlarının əsas qidası at əti və süddür. Martin Bronevski 1578-ci ildə Krım tatarlarının at ətini, dəvə ətini, mal və quzu ətini necə yediyinin şahidi olub.[2]

Ənənəvi süfrəyə baxsanız, un məhsullarının müxtəlifliyi valehedicidir. Zəngin xəmirdən mingen-çibərək, tava-lokum, yantık (ortası çuxurlu ətlə doldurulmuş qayıqşəkilli piroqlar) və s. hazırlanır. Sadə xəmirdən, Burma, ayaqlıq-çibərək (yağsız tavada bişmiş çeburek, Cənubi sahildə onlara tıqız yantık deyilir), Tataraş (köftəyə bənzər, lakin ölçüsü daha kiçik olan məhsullar), kaşık-şorba (çox xırda küftə ilə şorba, Cənub sahillərində ona ufak-aş deyilir), makarne (xırda-xırda xəmir məmulatları), salma və s. bişirilər. Krım tatar mətbəxi zəngin və şirin xəmirdən hazırlanan məhsullarla çox zəngindir: çayla süfrəyə verilən kurabiye, şəkər-kıq, çelpek, katlama, qoş-tele, paxlava və s. başqa şirmiyyat növlərini misal göstərmək olar.[3]

  1. "Этикет питания крымских татар в ханский период!". 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
  2. Гөбәдия (Губадия рецепт)
  3. Kırım Tatar Mutfağı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]