Krım müharibəsi

Krım müharibəsi
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krım müharibəsi — 1853–1856-cı illəri əhatə edən rus-türk müharibəsi. Böyük Britaniya, FransaSardiniya krallığının Osmanlı dövlətinin tərəfində müharibəyə qatılması ilə bu müharibə Avropa dövlətlərinin Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq məqsədilə apardığı bir müharibəyə çevrilmişdir. Müharibə müttəfiqlərin, yəni Osmanlının qələbəsi ilə başa çatmışdır.

Frans Rubo. Sevastopolun mühasirəsi (1904)

Rusiyanın Türkiyəyə təzyiq göstərməsi köhnə əhvalat idi. Böyük Pyotr isti sulara can atırdı, II Yekaterina özünün Yunan lahiyəsinə malik idi. I Aleksandr Balkan federasiyasını qurmağı arzulayırdı. Hər bir yetişən yeni nəsil özünün türk-rus müharibəsini görürdü. 1768–1774-cü illərdəki müharibə Rusiyanın Qara dənizdə Osmanlı dövlətinin şəriksiz ağalığına son qoyması və Polşanın birinci parçalanması ilə başa çatdı. 1787–1791-ci illər türk-rus müharibəsi Fransa inqilabı ilə dayandırıldı(bu müharibə də Rusiyanın qalibiyyəti ilə başa çatdı). 1806–1812-ci illər müharibəsində ruslar BessarabiyanıQafqazın bir hissəsini ələ keçirdi və Napoleonun Rusiyaya müdaxiləsi ilə müharibə dayandırıldı. 1829–1829-cu illər müharibəsində çar I Nikolay Yunanıstanın yenicə qazandığı müstəqilliyini himayə etdi və Dunay çayının mənsəbinin sol sahilini isgal etdi. 1853-cü ildə Nikolay yenidən Osmanlıya qarşı tələblər irəli sürdü, Dunay knyazlıqları olan ValaxiyaMoldovanı hərbi güc tətbiq etməklə işğal etdi. Bu vaxtkı danışıqlar Osmanlı imperiyasında yaşayan xristianların da himayə edilməsini zahirən əhatə edirdi, bura Qüdsdəki, FələstindəkiAnadolunun şərqində yaşayan xristianlar da daxil idi.[1] Bu xristianlar üzərində Fransa da həmçinin müəyyən himayə yurisdiksiyasına iddia edirdi..[1] Əsrlərlə fransızlar Yaxın Şərqdəki əsas qərb xalqı olmuşdu, onlar bir çox halda sultanı pulla və məsləhətçilərlə təmin etmişdilər, nəhəng miqyasda ticarət aparırdılar, onlar həm də xristian missionerlərini adamlarla və maliyyə cəhətdən təmin edirdilər. Onlar həmçinin uzun müddət idi ki, Süveyş kanalının tikintisi barədə danışıqlar aparmışdılar. III Napoleon çar Nikolaya nifrət etməkdə xüsusi səbəbə malik idi, çünki çar onu macəraçı inqilabçı kimi dəyərləndirmişdi. III Napoleon türk hökumətini Türkiyə daxilindəki xristianları himayə etmək barəsindəki rusların iddiasına müqavimət göstərməyə həvəsləndirirdi.

Sinop döyüşü, 1853
Qisas "Friqat" Rafael ". Friqat türklər tərəfindən "Fəzli-Allah" adlandırılmış və 18 noyabr 1853-cü ildə Sinop döyüşü ilə məhv edilmişdir.
Aland müharibəsi zamanı Bomarsundun bombalanması.

Rusiya və Türkiyə arasında müharibə 1853-cü il oktyabrın 4-də başladı.[1] 1854-cü il martın 28-də Fransa Böyük Britaniyanın etdiyi kimi türklərin tərəfində müharibəyə qoşuldu.[1] Britaniyalılar isə Rusiyanın nüfuz etməsinə qarşı Türkiyəni və Yaxın Şərqi müdafiə etmək siyasətini aparırdı. İki qərb dövləti tezliklə kiçilmiş və bir qədər alçaldıcı olan ittifaqa qoşuldu, onlar bu məsələdə heç bir görünən marağa malik deyildilər. Kiçik Sardiniya krallığı barədə onların motivləri qısa müddətdən sonra açıqlanacaqdı.[1]

Britaniya donanması uğurlu qaydada Baltik dənizininQara dənizin çıxışında Rusiyanı blokadaya aldı. Fransız və Britaniya orduları Rusiyanın özünə müdaxilə etdilər, bu məqsədlə Krım yarımadasında sahilə çıxdılar və bütün mühüm döyüşlər bu ərazidə getdi.

Sülh müqaviləsi və onun şərtləri

[redaktə | mənbəni redaktə et]

Rus diplomatiyasının gərgin səyi nəticəsində Avstriyanın müharibənin nəticələri ilə bağlı Vyanada beynəlxalq konqresin keçirilməsi təşəbbüsü baş tutmadı. Konqresin 1856-cı il 25 fevralda Parisdə keçirilməsi qərara alındı.[2] Sülh konqresi bir neçə sənədin imzalanması ilə başa çatdı. Bunların içərisində sülh müqaviləsinin mətni, Rusiya ilə Türkiyə arasında konvensiya əsas yer tuturdu. Sülhün şərtlərinə görə, Qara dəniz neytrallaşdırılır, müharibə və sülh dövründə boğazlar ticarət və hərb gəmilərinin üzünə açıq elan olunur, Rusiyanın sahil istehkamları sökülür, RusiyaTürkiyəyə Qara dənizdə hərbi donanma saxlamaq qadağan edilirdi. Xüsusi konvensiyaya görə, RusiyaTürkiyəyə qaçaq-malçılığa qarşı mübarizə məqsədilə 10 kiçik hərbi gəmidən ibarət hərbi dəniz qüvvəsi saxlamağa icazə verilirdi. Əslində Paris konqresi İngiltərəAvstriyanın nəzərdə tutduqlarının reallaşmasına imkan vermədi. Çünki nə Balkanlarda, nə də Türkiyənin Avropa hissəsində ciddi ərazi dəyişiklikləri həyata keçirilmədi. Bununla belə, A. Qorçakov Paris sülh müqaviləsini "Rusiyanın tarixində ən biabırçı ləkə" adlandırmışdı.

  • Виноградов В. Н. Британский лев на Босфоре. М., 1991
  • Виноградов К. В. Мировая политика 60–80-х годов XIX века. События и люди. Л., Изд. ЛГУ, 1991, 168 с.
  • Восточный вопросво внешней политике России. Конец XVIII – нач. ХХ в. М.,1978.
  • Дебидур А. Дипломатическая история Европы. От Венского до Берлинского конгресса. Т. I (18141878). Ростов на Дону, 1995
  • Ибрагимбейли Х. М. КавказвКрымской войне 1853–1856 гг. и международные отношения. М., 1971
  • Иванова И.И. История Международных отношений от античность до конца первой мировой войны. Владивосток, 2001, ч. I
  • История внешней политики России. Перваяполовина XIX века. М., 1995
  • История дипломатии. Т. I М., 1959
  • Международныеотношения на Балканах. 1830–1856. М., 1890
  • Нарочницкая Л. Россия и отмена нейтрализации Черного моря 1856–1871 гг. К истории восточного вопроса. М.,1989.
  • Российская дипломатия в портретах. М., 1992, ч. II
  • Тарле Э. В. Крымская война. Соч., т. VIII–IX. М.,1959.


  1. 1 2 3 4 5 The Crimean War 1853–1856. http://www.onwar.com/aced/data/cite/crimean1853.htm Arxiv surəti 25 may 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 25 may 2011 at the Wayback Machine. 2008.
  2. "Paris, Treaty of (1856)". The New Encyclopædia Britannica. Encyclopædia Britannica Inc. Volume 9. 15th ed. pp. 153–154. 2007.