Kral Şir | |
---|---|
ing. The Lion King | |
Janr | Cizgi filmi |
Növü |
Macəra Komediya Məhəbbət |
Rejissor |
Roccers Allers Rob Minkoff |
Prodüser | Don Xan |
Dil | İngilis dili |
Ölkə | ABŞ |
Studiya | Walt Disney Feature Animation |
Distribüsiya | Walt Disney Pictures |
Davametmə müddəti | 87 dəqiqə |
İl | 1994 |
Büdcə | $45 milyon |
Gəlir | $951 583 777[1] |
Sonrakı | Kral Şir 2 |
ID 0110357 |
Kral Şir (ing. The Lion King) — Volt Disney şirkəti tərəfindən 1994-cü ildə yaradılmış, Disney studiyası tərəfindən yaradılmış sayca 32-ci cizgi filmidir. İlk çıxış tarixi 15 iyun 1994-cü ildə baş tutmuşdur.
Simba, kral Mufasa ilə Sarabinin oğlu və padşahlığının varisidir. Mufasa Simbaya bir gün onun Afrika Savannasının kralı olacağını başa salır. Mufasanın qardaşı olan Skar isə taxtın varisi olmaq niyyətindədir. Mufasa, qardaşı Skarın qurduğu xain tələ nəticəsində ölür. Amma Skar bunun səbəbini Simbaya onun günahı olduğunu söyləyir və Simbanı qorxudaraq buradan uzaqlaşdırmağı bacarır. Bu zaman onu üç kaftar təqib etməyə başlayır, lakin heç bir uğur qazanmadan geri dönürlər. Artıq taxtın sahibi Skardır. Vicdan əzabı çəkən Simba uzaq yollara düşür. Meşədə yoldaş olduğu Timon və Pumba sayəsində "Hakuna Matata" (suahili dilində: Qayğısız yaşamaq) fəlsəfəsini öyrənir və dərdsiz, qayğısız bir həyat tərzi olan bu fəlsəfəni qəbul edir.
Artıq bir neçə müddət keçmiş, Simba böyümüşdür. Əvvəllər kral Mufasanın məsləhətçisi olan Rafiki onun böyüməsini hiss etməyə başlayır. Cunqlidə Pumbanı ovlamaq istəyən köhnə yoldaşı Nala ilə qarşılaşması sayəsində məsuliyyətlərini xatırlayır və həyat zəncirindəki yerini almaq üçün dərhal bir qərar verməsi lazım olduğunu başa düşür. Nala Simbaya Şərəf səhrasında (ing. Pride Lands) çoxlu bədbəxt hadisələrin baş verdiyini və taxtın Skar tərəfindən ələ keçirməyindən danışır.
Simba özünü atasının ölümündə günahkarlıq olduğunu zənn edir. Lakin Rafiki onu atasının ruhu ilə bağlatdırır. Bu zaman Simba başa düşür ki, atasını əmisi Skar öldürmüşdür. Bu səbəbdən dostları ilə birlikdə Skarın padşahlığı üzərinə hücum edir. Onlar arasında gedən uzunmüddətli mübarizədən sonra Simba Skara qalib gəlir. Skar qayadan aşağı düşən zaman ona Kaftarlar hücum edir. Bütün pis hadisələr sona yetmişdir. Artıq taxtda Simba krallıq edir. Simba ilə Nalanın bir qız övladları dünyaya gəlir.
İl | Mükafat | Kateqoriya | Ad | Nəticə |
---|---|---|---|---|
1994 | LAFCA Mükafatı | Ən yaxşı animator | Rocer Allers, Rob Minkoff | Qələbə |
1994 | National Board of Review | Ən yaxşı ailəvi film | Kral Şir cizgi filmi | Qələbə |
1994 | Enni mükafatı | Ən yaxşı orijinal musiqi | Hans Zimmer | Qələbə |
1995 | Oskar Mükafatı | Ən yaxşı orijinal musiqi | Hans Zimmer | Qələbə |
Ən yaxşı orijinal musiqi | Elton Con | Nominasiya | ||
Ən yaxşı orijinal musiqi | Elton Con | Nominasiya | ||
1995 | MTV Film Mükafatı | Ən yaxşı mənfi personaj | Cerermi Ayrons | Nominasiya |
Ən yaxşı musiqi | Elton Con | Nominasiya | ||
1995 | Kids' Choice Mükafatı | Ən sevimli film | Kral Şir cizgi filmi | Qələbə |
1995 | Qızıl Qlobus mükafatı | Ən yaxşı orijinal musiqi | Hans Zimmer | Qələbə |
Ən yaxşı orijinal musiqi | Elton Con | Nominasiya | ||
1995 | Qremmi mükafatı | Ən yaxşı orijinal musiqi | Hans Zimmer | Qələbə |
Ən yaxşı orijinal musiqi | Elton Con | Nominasiya | ||
1995 | Cavan Artist Mükafatı | Ən yaxşı orijinal musiqi | Ceyson Uiver və Lora Vilyams | Qələbə |
Ən yaxşı orijinal musiqi | Conatan Teylor Tomas | Nominasiya | ||
1995 | BAFTA Mükafatı | Ən yaxşı musiqi | Hans Zimmer | Nominasiya |
BAFTA Film Mükafatı | Terri Porter, Mel Metkalfe, David Hudson, Dok Keyn | Nominasiya | ||
1995 | Motion Picture Sound Editors | Ən yaxşı səs redaktəçisi: musiqi | Kral Şir cizgi filmi | Qələbə |
Ən yaxşı səs redaktəçisi: canlandırılmış xüsusiyyət | Kral Şir cizgi filmi | Qələbə |