Kraliça Seondeok | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 606 |
Vəfat tarixi | 17 fevral 647 |
Vəfat yeri | |
Fəaliyyəti | monarx, astronom |
Dini | buddizm |
Vikianbarda əlaqəli mediafayllar |
Kraliça Seondeok (606 – 17 fevral 647, Şila krallığı) — Koreya Yarımadasının cənubunda var olmuş,Şila Krallığının (e.ə 57-935) 27-ci hökmdarı və ilk qadın rəhbərdir. E.ə 632-647 illər arasında Şilaya hökmranlıq etmişdir.
O, Samguk Saqinin dediyinə görə, Kral Jinpyeong və Kraliça Mayın böyük qızı idi və bu, digər mənbələr tərəfindən mübahisələndirilir. İddialara görə, atası oğullarının olmaması səbəbindən taxtdan ayrılıb. O, həm də bacısının oğlu Kral Muyeolun bibisidir (bəzi mənbələrə görə ən böyüyü).
Seondeok Koreya folklorunda məşhur bir şəxsiyyətdir; əfsanələrdə o, yoxsulların qayğısına qalan və Buddizmə himayədarlıq edən mehriban hökmdar kimi təsvir edilir və onun hökmranlığı dövrü firavanlıq dövrü kimi təsvir edilir. 646-cı ildə onun hakimiyyəti dövründə rahib Jajang tərəfindən Tongdosa monastırının əsası qoyuldu. Çin imperatoru Li Şiminlə ittifaqda Goguryeo və Baekje qarşı müharibələr apardı.
Miladdan sonra 634-cü ildə kraliça olmuşdur. Şila krallığı tarixindəki 3 kraliçadan ilkiydi. Höküm sürdüyü 14 il boyunca, onun tək avantajı zəkası olmuşdur. Şilanın ərazi bütövlüyünü qorumuş və Çin (Tan Xanədanlığı) ilə əlaqələri genişlətmiş,Tang Xanədanlığına tələbələr göndərmişdir. Onun hökümranlığı dövründə Uzaq Şərqin ilk rəsədxanası inşa edilmişdir. Cheomseongdae adındakı bu rəsədxana hələ də sapsağlamdır və bugünkü Gyeongju bölgəsində yerləşir.
2009-cu ildə Cənubi Koreyada çəkilmiş "Queen Seondeok" teleserialında onun həyatından və gördüyü işlərdən bəhs olunur.