Kraystçerç məscidlərinə hücum | |
---|---|
Hücum yeri |
Kraystçerç, Yeni Zelandiya 43°31′58″ c. e. 172°36′42″ ş. u.HGYO |
Hücum hədəfi | Müsəlmanlar |
Vaxt |
15 mart 2019 15:30 radələri |
Həlak olanlar | 51 |
Yaralılar | 89 |
Terrorçu sayı | 1 |
Qatillər | Brenton Tarrant |
Vikianbarda əlaqəli mediafayllar |
Kraystçerç məscidlərinə hücum (ing. Christchurch Mosque shootings) — 15 mart 2019-cu ildə cümə namazı vaxtı Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərdə həyata keçirilən və 51 nəfərin ölümü, 89 nəfərin yaralanması ilə nəticələnən silahlı terror hücumu. Hücumlar ardıcıl olaraq Əl Nur məscididə və Linvud İslam mərkəzidə baş verib. Hadisəni törədən avstraliyalı Brenton Tarrant həbs olunub və ömürlük həbsə məhkum edilib. Terrorçu öz əməlini Facebook Live üzərindən canlı yayımlayırdı.
Hücumlar 15 mart 2019-cu ildə saat 13:40-dan başlayaraq, ardıcıl olaraq, Əl Nur Məscidi və Linvud İslam mərkəzində həyata keçirilib. İlkin məlumatda 2 məsciddə eyni vaxtda baş verdiyi iddia edilsə də, sonradan hər iki məsciddəki cinayətə görə bir şübhəli saxlanılıb.
Ağır silahlar daşıyan terrorçu saat 13:40 radələrində Dins prospektində, Rikkartondaki Əl Nur məscidində cümə namazına toplaşan müsəlmanların üzərinə silahla atəş açmağa başladı. Silahlı şəxs, hücumunun ilk 17 dəqiqəsini, Facebook Live üzərindən birbaşa yayımladı. O, 28 yaşında ortaboylu avstraliyalı neonasist şəxs kimi xarakterizə edilmişdi. Gülləbarandan əvvəl avtomobilində oturan terrorist, ilk olaraq Britaniya Silahlı Qüvvələrinin marşını, sonra isə Bosniya müharibəsi (1992–1995) zamanı ifa olunan və serb milliyətçi mahnısı olan "Güclü Serbiya" marşını qoşmuşdu.
Terrorçu Əl Nur məscidinin girişində 3 nəfəri, məscidin daxilində isə daha 40-dan artıq insanı qətlə yetirdi. Həmçinin, silahlı şəxs yaralananlara yaxınlaşıb, bir neçə dəfə də atəş açmış, sonra isə məscidi tərk edərək məscidin ətrafındakılara atəş açmışdır. Yaraladıqları şəxsləri öldürmək üçün yeni silah gətirmək üçün avtomobilinə gedir, lakin bu zaman ərzində zərərçəkənlərin çoxu yaralı olduqları üçün qaça bilmədilər. Silahlı şəxs daha sonra ikinci dəfə məsciddən çıxıb avtomobilinə doğru irəlilədikdə, ayaq yolunun yaxınlığında bir qadını da vurur. Bundan sonra, o avtomobilinə qayıdır və qısa müddətdən sonra hadisə yerindən qaçır.
Canlı yayımlanan görüntülər, terrorçunun sadəcə məscidin içərisində deyil, yaxınlıqdakı adamlara da atəş açdığını göstərirdi. Terrorçu Əl-Nur Məscidində təxminən altı dəqiqə sərf etmişdi. Linvud İslam Mərkəzinə istiqamətlənən terrorçu Kraystçerç şəhərində Bayli prospektində yola çıxarkən Facebook Live-dəki canlı yayım kəsildi.
Qısa müddət sonra Linvud İslam Mərkəzində ikinci atışma baş verir. Linvud İslam Mərkəzi Əl-Nur Məscidindən 5 km uzaqlıqda yerləşir. Linvud İslam Mərkəzində 7 nəfər amansızcasına qətlə yetirildi.
Yeni Zelandiya Herald xilasetmə qrupunun verdiyi məlumata görə, məsciddə qulluq edən gənc oğlan terrorçu ilə mübarizə apararkən qətlə yetirilib. Avtomobildə iki ədəd partlayıcı qurğu tapılıb, lakin daha sonra Yeni Zelandiya Müdafiə Qüvvəsi tərəfindən zərərsizləşdirilib.
Terrorçu – 28 yaşlı Avstraliya vətəndaşı Brenton Tarrant törətdiyi qətliamı 17 dəqiqə ərzində sosial şəbəkədə canlı yayımlayıb. Videoda silah və sursatlar üzərində müxtəlif dillərdə, o cümlədən, erməni, ispan, ingilis, serb və polyak dillərində yazılar var. Yazılarda real insanların adları, anti-türk eyhamı olan tarixi hadisələrin təqvimi göstərilib. Xüsusilə bir avtomatın üzərində olan "Սարիղամիշի Ճակատամարտ" (azərb. Sarıqamış döyüşü) yazısı diqqət çəkir.[1] Bu, Birinci Dünya müharibəsi dövründə Türkiyə və Rusiya qoşunları arasında baş vermiş qanlı döyüşdür. Həmin döyüşdə Rusiya qoşunlarında erməni hərbçilər də yer alıb.
Hadisə ilə əlaqədar məhkəmə iclası 2020-ci il mayın 4-də başlamışdır. Xüsusi rejimli həbsxanada birnəfərlik kamerada saxlanan Tarrant videoəlaqə vasitəsilə məhkəməyə qatılıb. Brenton Tarrant günahkar olmadığını bildirib.[2]
24 avqust 2020-ci il tarixində Tarrant əfv hüququ olmadan ömürlük həbs cəzasına məhkum edildi.
Vətəndaşlıq | Ölənlərin sayı |
---|---|
Yeni Zelandiya | 27[a] |
Pakistan | 8 |
Hindistan | 5 |
Banqladeş | 3 |
Fici | 2 |
İndoneziya | 1 |
İordaniya | 1 |
Malayziya | 1 |
Mavriki | 1 |
Fələstin | 1 |
Türkiyə | 1[7] |
Cəmi | 51 |
Hücumlar nəticəsində hadisə yerində və ya hadisədən sonra, 44-ü Əl Nur məscidində, qalan 7-si Linvud İslam mərkəzində olmaqla, ümumilikdə 51 nəfər öldürülmüşdür. Ölənlərin 47-si kişi, 4-ü qadındır.[3] Onların yaş aralığı 3 yaşdan 77 yaşadək dəyişir.[8] Əl Nur məscidində 35 nəfər, Linvudda isə 5 nəfər yaralanmışdır.[9] Daha 49 nəfər hadisə ilə əlaqəli olan başqa səbəblərdən yaralanmışdır.[10]}}