Kriminal qiraət

Kriminal qiraət
ing. Pulp Fiction
Janr qanqster filmi[d], müstəqil film[1][2][…], dram filmi, cinayət filmi, döyüş filmi, triller filmi
Əsas mövzu mütəşəkkil cinayətkarlıq
Rejissor
Prodüser
  • Lorens Bender[d]
İcraçı prodüserlər Maykl Şamberq[d], Steysi Şer[d], Denni De Vito
Ssenari müəllifləri
Baş rollarda
Operator
Quruluşçu rəssam Devid Uosko[d]
Geyim rəssamı Betsi Hayrman[d]
Montajçı Salli Menke[d]
İstehsalçılar A Band Apart[d], Jersey Films[d], Miramax
Distribütor MOKEP[d], Miramax, Microsoft Store
İlk baxış tarixi 21 may 1994[5][6], 3 noyabr 1994[7], 14 oktyabr 1994, 1994
Müddət 154 dəq.
Büdcə 8.000.000 $
Gəlir 213.928.762 $[8], 107.928.762 $[9]
Ölkə
Dil ingilis dili
Rəng rəngli[d]
Çəkiliş yeri Los-Anceles, Tennessi
IMDb ID0110912
Mükafatları Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı Ən yaxşı ssenariyə görə "Qızıl qlobus" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kriminal qiraət (ing. Pulp Fiction) — Kventin Tarantinonun filmlərindən biri, adı XX əsrin ortalarında yayılmış kriminal jurnallar və novellalardan gəlir. O dövrdə ucuz, aşağı keyfiyyətli kağızlardan istifadə edilərək nəşr olunan nəşrlər belə adlanırdı. Filmdəki obrazlardan Vinsent Veqa da belə bir kitab oxuyur. Filmin özü də belə ucuz romanların mövzusu ilə oxşarlıq təşkil edir. Rollarda: Con Travolta (muzdlu qatil Vinsent Veqa), Semuel L. Cekson (Veqanın dostu Jul Vinnfild), Uma Turman (Mia Volles) və Brüs Uillisdir (Baç Kulic). Prodüserləri Lourens Bender və Kventin Tarantino, distribütoru "Miramax Films"dir. Filmdə Xarvey Keitel ve Kristofer Uoken kimi güclü aktyorların da rol alması bir yana, Tarantino özü də balaca bir rolda görünür. Film üç fərqli hissədən ibarətdir. Premyerası 1994-cü il sentyabrın 23-də olub. Dili ingiliscədir, müddəti 154 dəqiqədir. Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatı qazanmışdır və ən yaxşı film mükafatına da namizəd göstərilmişdi. Büdcəsi 8,5 mln, dünya gəliri isə 212.9 mln dollardır. Əməllər Los-Ancelesdə baş verir. Filmdən bir neçə epizod, xüsusən Veqa və Mianın tvist rəqsi, habelə pencəklərdə və tapançalarla dayanmış Veqa və Vinnfild məşhur olub.

Saundtreki yoxdur, Tarantino rok-n-rollun, soul və pop mahnıların eklektik qarışığı işlətmişdir.

Bir gün Butç Kulic Marsellasa Vollesin sevgilisini onun əlindən almaq qərarına gəlir. Los-Ancelesdə bu işi görmək çox da məsləhət deyil. Hirslənmiş Marsellas iki nəhəngi — Vinsent və Culsi Bitçin taleyini həll etməyi tapşırır. Bu nəhənglərin işləri başından aşır. Amma onlar heç bir işlərini yarımçıq qoymayıblar.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]