Kristof de Marjeri | |
---|---|
fr. Christophe de Margerie | |
| |
Doğum tarixi | |
Doğum yeri | Marey-sür-le-Disse, Vendee, Fransa |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | aviasiya qəzası[d] |
Vətəndaşlığı | Fransa |
Təhsili | |
Fəaliyyəti | sənayeçi, sahibkar, icraçı direktor |
Vikianbarda əlaqəli mediafayllar |
Kristof de Marjeri (fr. Christophe de Margerie, tam adı Christophe-Gabriel-Jean-Marie Jacquin de Margerie; 6.8.1951–20.10.2014) — fransız iş adamı, "Total" neft şirkətinin baş icraçı direktoru və sədri.[1] De Marjeri 2014-cü ilin oktyabrında Moskvanın Vnukovo-3 hava limanında təyyarə qəzasında həlak olmuşdur. Onun içində olduğu təyyarə yerdən qalxarkən qar təmizləyən maşınla toqquşmuşdur.[2][3][4]
1974-cü ildə Parisdə Ali kommersiya məktəbini (École supérieure de commerce) bitirmişdir. Təhsilini bitirdikdən sonra "Total" şirkətində işləməyə başlamışdır. Şirkətin maliyyə departamentində və karbohidrogenlərin kəşfiyyatı və hasilatı bölməsində vəzifələr tutmuşdur. 1995-ci ildə şirkətin Yaxın Şərq bölməsi olan "Total Middle East"in rəhbəri, 1999-cu ildə isə "Total" şirkətinin karbohidrogenlərin kəşfiyyatı və hasilatı bölməsinin rəhbəri təyin edilmiş və idarəetmə komitəsinin üzvü seçilmişdir.
2000-ci ildə baş vitse-prezident, 2002-ci ildə yeni yaradılmış "TotalFinaElf" konserninin kəşfiyyat və hasilat üzrə prezidenti vəzifəsini tutmuşdur.
12 may 2006-cı ildə səhmdarların ümumi yığıncağında de Marjeri idarə heyətinin üzvü, 14 fevral 2007-ci ildə idarə heyətinin sədri seçilmişdir.
21 may 2010-cu ildən isə şirkətin sədri vəzifəsini tuturdu.