Krossdresser

Krossdresser (qısaca CD) əks cinsdən olan paltarları geyinən şəxsdir. Qadın kişi paltarı geyinən, kişi isə qadın paltarı geyinəndir. Konsepsiyaya paltarlara əlavə olaraq, əks cinslə eyniləşdirilən aksessuarlar da daxildir; Buraya saç, saqqal, bığ, qaş modelləri və makiyaj da daxildir. Krossdresserlər bunu cinsi oriyentasiyaları nəticəsində edə bilər; Onlar həmçinin kimliklərini gizlətmək, hər hansı bir sənət şousunda iştirak etmək və ya seksual fetiş kimi də bunu edə bilərlər.

Terminin yaranması

[redaktə | mənbəni redaktə et]

Konsepsiya ingiliscə cross (qarşı) və dress (geyinmək) sözlərindən ibarətdir. İlk dəfə 1911-ci ildə almanca transvestit sözünə cavab olaraq ingilis dilində işlənmişdir.[1]

Amerikalı fotoqraf Frances Benjamin Johnston kişi geyimində.

Tarix boyu insanlar müxtəlif səbəblərə görə əks cinsə oxşayıblar. Məsələn Hindistanın bəzi yerlərində yeni evlənənlər bəd nəzərdən qorunmaq üçün bir-birinin paltarını geyinirlər.[2] Bəzi mühafizəkar cəmiyyətlərdə qadınların səhnəyə buraxılmaması, kişilərin qadın rollarını oynaması və ya qadın paltarı geyinərək rəqs etməsi adi hal olmuşdur.

Mənaca yaxın terminlər

[redaktə | mənbəni redaktə et]

Travesti [3]Drag queen terminləri bəzən krossdress termini ilə uyğunlaşır. Lakin yenə də onların fərqli tərəflərini müəyyən etmək vacibdir. Çox vaxt bu terminlər homoseksuallıqla bağlı qarışdırılır, lakin travestilər heteroseksual və ya homoseksual da ola bilərlər.[3]

Drag queen isə ifrat qadın paltarı geyinən və ifrat makiyaj edən və yalnız səhnə üçün qadın roluna girən kişidir. Drag-ın əsas məqsədi drag performansı əyləncə üçün olsa da, o, özünü ifadə etmək və LGBTQ+ qürurunun qeyd edilməsi kimi də istifadə olunur. Tipik bir drag şousuna dodaq sinxronizasiyası və rəqs daxildir. İfaçılar çox vaxt mükəmməl geyim, saç və makiyaja sahib olurlar. İyirmi birinci əsrdə drag mədəniyyəti pop-mədəniyyət fenomeni olaraq qəbul edilir.[4]

  1. "cross-dressing | Etymology, origin and meaning of cross-dressing by etymonline". www.etymonline.com (ingilis). 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-01.
  2. eye Krossdresser Encyclopædia Britannica Online ensiklopediyasında
  3. 1 2 Krossdresser Encyclopædia Britannica Online ensiklopediyasında
  4. "Drag Queens". masterclass.com. 2023-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.10.01.