Krotonlu Teano | |
---|---|
Θεανώ | |
Doğum tarixi | ən tezi 600 |
Doğum yeri | |
Vəfat tarixi | ən geci 500 |
Krotonlu Teano (Θεανώ) (ən tezi 600, Krotone, Kalabriya – ən geci 500) — İlk pifaqorçu qadın.
Ən məşhur pifaqorçu qadın kimi tarixə düşüb. Bəs niyə məhz pifaqorçu? Ona görə ki, ilk qadın filosofların Pifaqorun çevrəsində yetişməsi haqqında fikirlər vardır. Bu çevrədəki fikir adamlarının onun riyazi bilgilərinin və fəlsəfəyə aid düşüncələrinin dəstəkləyicisi olduğunu qəbul edirlər. Krotonlu Theano da bu fikir adamlarından biridir. E. ə 550-ci ildə sonrakı dövrdə yaşayan Krotonlu Theano eyni zamanda Pifaqorun həyat yoldaşı olub. Əri kimi riyaziyyata maraq göstərən Theano Pifaqordan fəlsəfə öyrənib. Ərinin ölümündən sonra “Pifaqor məktəbi”ni idarə etmişdir. Bəs Krotonlu Theanonun düşüncələri necədir? Theanoya görə ruh yenidən doğulacaqdır, bunun üçün insan müdrik həyat tərzi yaşamalıdır. Sırf maddə yoxdur, ruh ön planda olmalıdır. Riyaziyyat və musiqi önəmlidir, çünki ikisində də rəqəmlər var. Belə ki, rəqəmlər nizamı qoruyan yeganə ünsürdür.
Theano “Pifaqor məktəbi”ndə qızlara dərs deyib. Bu dərslərin böyük bir qismi əxlaq haqqındadır. Özü dövrünün önəmli adamlarından biri olmasına baxmayaraq, dərslərində qadınları arxa planda saxlayaraq, yaxşı həyat yoldaşı olaraq yetişdirməyə çalışması çox maraqlıdır. Əslində bu fakt dövrün sosial vəziyyətinə işıq tutur.