Krtsanisi döyüşü

Gilan döyüşü
Qacarların Gürcüstana yürüyüşləri
Valeryan Sidamon Eristavi tərəfindən çəkilmiş Krtsanisi döyüşü tablosu
Valeryan Sidamon Eristavi tərəfindən çəkilmiş Krtsanisi döyüşü tablosu
Tarix 8-11 sentyabr, 1795 (3 gün)
Yeri Tiflis yaxınlığında Krtsanisi kəndi
Nəticəsi Qacarların həlledici qalibiyyəti
Ərazi dəyişikliyi Tiflis tutuldu və şərqi Gürcüstan İranın hakimiyyətinə keçdi[1][2][3][4]
Münaqişə tərəfləri

Kartli-Kaxetiya krallığı
İmereti çarlığı

Qacarlar dövləti
 • Gəncə xanlığı
 • İrəvan xanlığı

Komandan(lar)

II İrakli
II Solomon

Ağa Məhəmməd şah Qacar

Tərəflərin qüvvəsi

3,000
2,000

35 000[5][6] və ya 40000[7]

İtkilər

4000 əsgər öldü. Bilinməyən sayda əsgər yaralandı və əsir götürüldü[5]
15,000 əsir[7][8][9] İranın daxili hissəsinə köçürüldü.

bilinmir

Önemsiz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krtsanisi döyüşü(gürc. კრწანისის ბრძოლა; trans. krtsanisis brdzola) — Kartli-Kaxetiİmereti çarlığı ilə Qacarlar dövləti qoşunları arasında 8–11 sentyabr 1795-ci ildə Tiflisin Krtsanissi kəndi yanında baş vermiş döyüş. Bu döyüş II İraklinin Rusiya imperiyası ilə müttəfiqliyinə qarşı Ağa Məhəmməd şah Qacarın apardığı müharibənin bir hissəsi idi.[10] Döyüş gürcülərin həlledici məğlubiyyəti, Gürcüstanın paytaxtı Tiflisin tamamilə dağıdılması,[8] həmçinin, Gürcüstanın şərq hissəsinin müvəqqəti olaraq Qacar İmperiyasının tərkibinə daxil olması ilə nəticələndi.[3][4][11][12]

Baxmayaraq ki, Qacarlar qalib idi və şah Ağa Məhəmməd İrakliyə olan Rusiya ilə müttəfiqliyi davam etdirsə və könüllü şəkildə İranın hakimiyyətini qəbul etməsə onun krallığını işğal etmə sözünü tutmuşdu, Rusiyanın öz müttəfiqinə Krtsanisidə kömək etməməsi, hətta 1783-cü ildəki Georgiyevsk traktatında Rusiya Gürcüstanı İranınhər hansısa bir hücumundan qoruyacağını rəsmi şəkildə elan etmişdi, öz maraq və ambisiyalarının daha vacib olmasından irəli gəlirdi. Bundan sonra II Yekaterina Rusiyanın prestijini bərpa etmək üçün İran üzərinə 1796-cı ildə yürüyüş təşkil etsə də, eyni ildə onun ölümü bu yürüyüşü yarımçıq qoydu. Növbəti illər qeyri-sabit olaraq qaldı və qarma-qarışıqlıq dövrü olaraq bilindi. İranın Gürcüstan üzərindəki hakimiyyətini yenidən bərpa etməsi şahın 1797-ci ildə Şuşada qətl edilməsi və gürçü kralın bir il sonra ölməsi səbəbindən uzun müddət davam etmədi. Gürcüstanın dağılması və İranın hakimiyyətə kimin gələcəyinə başının qarışması Gürcüstanın bir neçə il sonra çar I Pavel tərəfindən işğalına şərait yaratdı.

İran əsrlər boyunca ərazisinin tərkibində olmuş ZaqafqaziyaDağıstanı güzəştə gedə bilmədiyi üçün Krtsanisi döyüşünün nəticələri daha amansız Rusiya-İran müharibəsi (1804–1813)Rusiya-İran müharibəsinə (1826–1828) səbəb oldu. Bu döyüşlərdə Ağa Məhəmməd Xan Qacarın xələfi olani Fətəli şah rusların hərbi hücumunu dayandırmağa və Kür ilə Araz çaylarının şimal ərazilərindəki İran hakimiyyətini bərpa etməyə cəhd etdi.[13] Bu müharibələrdən sonra İran Gülüstan (1813) və Türkmənçay müqavilələrinin (1828) şərtlərinə görə Zaqafqaziya və Dağıstanı Rusiyaya verdi.[13]

KartliKaxeti çarlığı ərazisindəki Şərqi Gürcüstan 1510-cu illərdən bəri erkən modern dövrdə İranın hakimiyyəti altında olmuşdur.[14] 1744-cü ildə Nadir Şah sadiqliklərinin mükafatı olaraq II Teymuraza Kartlini, oğlu II İrakliyə isə Kaxetiyanı hədiyyə etmişdi.[15] Nadir Şah 1747-ci ildə öləndə onlar İranda tüğyan edən xaosdan istifadə edərək, özlərini defakto müstəqil elan etdilər. II Teymuraz 1762-ci ildə öldükdən sonra oğlu II İrakli Kartliyə nəzarət etdi və iki krallığı Kartli-Kaxetiya krallığı adı altında birləşdirdi. O, bununla son üç əsrdə siyasi olaraq birləşmiş Şərqi Gürcüstana hökmranlıq edən ilk gürcü idarəçi oldu.[16] Eyni vaxtda İranda hakimiyyəti Kərim xan Zənd ələ keçirdi. II İrakli az sonra yeni İran hökmdarına öz tabeliyini bildirdi, ancaq defakto olaraq müstəqil qaldı.[17][18] 1783-cü ildə İrakli Georgiyevsk müqaviləsi ilə Rusiya İmperiyasının himayəsinə keçdi. 18-ci əsrin son onilliklərində Gürcüstan İran-Rusiya münasibətlərində İranın Mazandaran və hətta Gilan kimi şimal əyalətləri ilə müqayisədə daha vacib ünsürə çevrilmişdi.[19] O dövrdə Rusiyanı idarə edən monarx Yekaterina I Pyotrdan fərqli olaraq Gürcüstanı Qafqaz siyasətində dayaq nöqtəsi kimi görürdü. Çünki Rusiya buranı birbaşa sərhəddində yerləşən, geosiyasi rəqibləri İranOsmanlı imperiyasına qarşı aparılacaq əməliyyatların bazası kimi istifadə etmək istəyirdi.[20] Bundan əlavə, Qara dəniz sahillərindəki başqa bir gürcü limanına sahib olmaq ideal idi.[19] Dörd artilleriya ilə təchiz edilmiş, iki batalyondan ibarət, məhdud Rusiya kontingenti 1784-cü ildə Tiflisə çatdı,[17] ancaq gürcülərin ümidsiz etirazlarına baxmayaraq onlar geri çəkildi, çünki 1787-ci ildə digər bir cəbhədə Osmanlı Türkiyəsinə qarşı yeni müharibə başlamışdı.[17]

Qarşıdakı bir neçə ildə Rusiya üçün Türkiyə (1768–74-cü il müharibəsinə görə), PolşaFransa inqilabının Avropa nəticələri ilə məşğul olduğundan Gürücüstana çox diqqət ayıra bilməmişdi. İran taxtının yeni sahibləri olan Qacar sülaləsinin Ağa Məhəmməd xan idarəçiliyi altında hakimiyyəti möhkəmlətməsi, yəni Rusiyanın əsrlər boyunca sərhəddində olan rəqib imperiyanın taxtında yeni varislərin olması Yekaterinanın diqqətini qərbdəki yeni ön işğallardan ayırmadı.[17] 1791-ci ildə Ağa Məhəmməd xan Təbrizdə olarkən, İrakli Rusiya Qafqaz Xəttinin komandiri, general Qudoviçdən yeni hərbi dəstək istədi, ancaq Sankt-Peterburqdakı hökumət Gürcüstana yenidən qoşunların göndərilməsinə məqsədəuyğun görmədi.[17] 1792-ci ildə Qudoviç İranın işğal məqsədilə gələcəyi təqdirdə sadəcə diplomatik dəstəyin veriləcəyini İrakliyə bildirdi.[5] Tək başına qalmasına baxmayaraq, İrakli hələ də Rusiyanın müdafiəsi ilə qərbi Gürcüstan İmereti çarlığı və Osmanlı hakimiyyəti altındakı itirilmiş vilayətlərdə güclü və birləşmiş bir monarxiya qurmağı xəyal edirdi.[8]

Bu hadisələrin nəticələri bir neçə il sonra — yeni sülalə olan Qacarların İranda uzun müddət davam edən hakimiyyət mübarizəsində qalib çıxmasından sonra görünməyə başladı. İmperiyanın başçısı Ağa Məhəmməd xan birinci hədəf kimi[21]Qafqazın yenidən İranın hakimiyyətinə daxil edilməsini qoymuşdu. Məhəmməd xan üçün Gürcüstanın yenidən ilhaqı və İranın bir əyalətinə çevirilməsi onun dövründə Şiraz, İsfahan və Təbrizdə aparılan proseslərin bir hissəsi idi.[17] O, özündən əvvəl hakimiyyətdə olan Səfəvilər və Nadir Şah kimi düşünürdü: bu ərazilərin İranın daxili ərazilərin fərqi yox idi. Gürcüstan Xorasan kimi İranın bir vilayəti idi.[17] Kembric İran Tarixinə görə, bu ərazinin birdəfəlik ayrılmağı qəbuledilməz idi və Fars və ya Gilan əyalətinin ayrılması cəhdinə necə müqavimət göstəriləcəkdisə, eyni müqavimət burda da göstərilməli idi.[17] Bu səbəbdən Ağa Məhəmməd xanın Nadir şahın ölümü və Zəndlərin süqutundan sonra itirilmiş bölgələri özünə tabe edib birləşdirmək, o cümlədən, İranın gözündə olanlara xəyanət kimi görünən Gürcüstan vilayətinin bir hissəsini tabe etmək üçün Qafqazda lazım olan hər hansı bir yola əl atması təbii idi.[17]

Şimal, qərb və mərkəzi İran ilə öz çəkişmələri arasında sülh aralığı tapan iranlılar İraklidən Rusiya ilə olan müqaviləsini ləğv etməyi və yenidən İran hakimiyyətinə keçməyi tələb etdi[21]və bunun qarşılığında ona krallığının sabitlik və mühafizəsini təklif etdi. İranın qonşuluğundakı rəqibi Osmanlılar son dörd yüz ildə ilk dəfə İranın Kartli və Kaxeti üzərindəki hakimiyyət hüququnu tanıdı.[5] Bu zaman İrakli onun nəzəri himayədarı, kraliça II Yekaterinaya müraciət edərək, ondan, ən azı, 3000 nəfərlik rus qoşunu istədi,[5] ancaq bu xaişə qarşılıq verilmədi. Gürcüstan İran təhlükəsinə qarşı tək başına qalsa da,[8] İrakli xanın ultimatumunu rədd etdi.[22]

Qacarların hücumu

[redaktə | mənbəni redaktə et]
Ağa Məhəmməd xanın Tiflisi tutması. Britaniya Milli Kitabxanasında saxlanılan, Qacar dövrünə aid miniatura

1795-ci ilin avqustunda Ağa Məhəmməd xan 70 000-lik ordusu ilə Araz çayını keçdi.[5] Ordu 3 istiqamətə bölünmüşdü: sol qanadda olan qüvvələr İrəvan istiqamətinə, sağ tərəfdəki qüvvələr Xəzər dənizinə paralel Muğana, Araz çayı boyunca DağıstanŞirvan istiqamətinə doğru irəliləyirdi. Ağa Məhəmməd xanın rəhbərliyindəki qüvvələr isə mərkəzi istiqamətdə Qarabağ xanlığındakı Şuşa qalasına hücuma keçmişdi. O, 8 iyul — 9 avqust 1975-ci ildə buranı mühasirəyə almışdı.[7] Sağ qanaddakı qüvvələr Gəncə xanlığını, sol qanaddakı qüvvələr isə İrəvan xanlığını müttəfiqliyə məcbur etdi.[23] Şuşa ətrafındakı, sonradan gürcü şahzadəsi Aleksandr Baqrationinin də kömək etdiyi[5] ciddi müqavimətlə qarşılaşan Qacar ordusu mühasirəni tərk etsə də, Qarabağ xanı İbrahimxəlil xan bir müddət sonra aparılan danışıqlar nəticəsində Məhəmməd xana təslim oldu və mütəmadi xərac ödəməyə və əsirləri qaytarmağa razı oldu. Buna baxmayaraq Qacar qüvvələri Şuşaya girməkdən imtina etdi.[24] Əsas hədəf Gürcüstan olduğundan Məhəmməd xan indilik Qarabağda möhkəmlənmə üçün bir müqavilə bağladı.[24] Şirvanda möhkəmlənikdən sonra Məhəmməd xana Gəncədə Cavad xanın və sağ qanaddakı qalan kontingenti qoşuldu.[23] Məhəmməd xan 1795-ci ilin sentyabrında Gəncədən İrakliyə son ultimatumunu göndərdi:

" Zati-ailələriniz bilir ki, siz son 100 nəsildə İranın bir subyekti olmuşsunuz. İndi İranla ticarət etməkdən başqa bir işi olmayan ruslarla birləşməyinizi böyük çaşqınlıqla dilə gətiririk. Keçən il məni məcbur etdiz ki, gürcüləri məhv edim, baxmayaraq ki, biz öz subyektlərimizi öz əlimizlə məhv etməyi heç vaxt arzulamamışdıq... İndi arzumuz budur ki, siz, ziyalı insan, belə şeyləri saxlayın... və ruslarla əlaqəni kəsin. Əgər bu əmrə tabe olmasanız, onda biz qısa müddətdə Gürcüstana yürüyüş edəcəyik, tökdüyümüz gürcü və rus qanından Kür çayı böyüklüyünə çaylar yaradacağıq....[5] "

Qacar dövrü tarixinin müasiri, "Farsname-i Naseri"-nin müəllifi Həsən Fəsaiyə görə Ağa Məhəmməd xan Qacar məktubda bildirmişdi:

" "Şah İsmayıl Xətai Gürcüstan vilayətini idarə etdi. Mərhum hökmdarın dövründə bizə İranın vilayətlərini tutmaqla məşğul idik, o zaman biz bu regiona yürüyüş etməmişdik. İranın digər əyalətlərinin çoxusu indi bizim mülkiyyətimizdədi, indi siz qədim qanuna görə Gürcüstanı imperiyanı bir hissəsi olaraq görməli və biz gəlmədən tabe olmalısınız. Öz tabeçiliyinizi göstərməlisiniz, bu halda Gürcüstan vilayətinin hakimi olaraq qala bilərsiniz. Əgər bunu etməsəniz, sizə də digərləri kimi davranacağıq. ".[25] "

Məsləhətçiləri bölündü, İrakli ultimatumu rədd etdi, ancaq Sankt-Peterburqa xəbərçilər göndərdi. Bu zaman Georgiyevskdə olan Qudoviç İraklidən "məsrəf və çaxnaşmadan" uzaq durmağını istəsə də,[5] İrakli II Solomon və digər İmeretililər ilə birlikdə iranlıların hücumunu dəf etmək üçün Tiflisin cənubuna doğru hərəkət etdi.[5]

Eyni vaxtda Ağa Məhəmməd xan Araz çayını keçdiyi qoşunun yarısı ilə birlikdə Tiflisə doğru yürüyüşə başladı. Digər təxminlərə görə Qacar qüvvələri 35 000[5][6] yox, 40 000 idi.[7] Qacarlar İrakli və Solomonun şəhərin cənub-qərb sərhədlərindəki mövqelərinə şiddətli hücuma keçdilər. Bir neçə zadəganı tərəfindən tərk edilən İrakli Baqrationi sülaləsindən olan, beləliklə uzaqdan İrakliylə əlaqəli II Solomonun idarəçiliyindəki İmereti çarlığından gələn 2000 nəfərlik piyada qoşunu da daxil olmaqla, 5000 nəfərlik qüvvə toplaya bilmişdi. Gürcülər ciddi müqavimət göstərərək, sentyabrın 9–10-dakı bir sıra Qacar hücumunu dəf edə bildilər. Deyilənlərə görə, bundan sonra bəzi xainlər Qacarlara gürcülərin döyüşmək üçün daha qüvvəsinin qalmadığını çatdırdı və İrana qayıtmağı planlaşdırmış Qacarlar bu planı təxirə saldı və hücumlara dəvam etdi. 11 sentyabrda Ağa Məhəmməd xan şəxsi olaraq gürcülərə qarşı ümumi hücuma keçdi. Artilleriya dueli və qanlı piyada döyüşləri arasında iranlılar Kür çayını keçməyi bacardılar və dağılmış Gürcüstan ordusunun cinahını ələ keçirdilər. İrakli əks-hücuma keçməyə cəhd etsə də, Tiflisin ətrafındakı sonuncu mümkün mövqelərə çəkilməli oldu. Gecəyarısına qədər gürcü qüvvələri tükənmişdi və demək olar ki, tamamilə dağıdılmışdı. Sağ qalan sonuncu gürcü artilleriyası İrakliyə və onun 150 nəfərlik mühafizə dəstəsinə şəhərin içərisindən dağlara qaçmağa şərait yaratmaq üçün Qacarların irəliləyişini dayandırdı. Döyüşlər Tiflisin küçələrində və Narikala qalasında davam etdi. Bir neçə saat sonra gürcülərin paytaxtı tamamilə Ağa Məhəmməd xanın nəzarətinə keçdi. Tiflis tamamilə talanmış və əhalisi qətl edilmişdi. Şəhərdə öldürülənlər arasında Tiflisin baş yepiskopu Dositeus da var idi.[26] Qacar ordusu qənimət dolu yüklər və 15 000 əsirlə İrana qayıtdı.[8][9] Gürcülər bu döyüşdə 4000, Qacarlar 13000 əsgərini (ümumi qüvvənin üçdə biri) itirmişdi.[5]

İran qoşunlarının böyük hissəsi geri çəkildikdən sonra şəhərə daxil olan biri gördüklərini belə təsvir edirdi:

" Bu səbəbdən mən öz addımladığım yolu izləyirdim, çünki bura cəsədlərlə doldu idi. Tiflisə Tapitaqdan daxil oldum: burada düşmən qılıncı ilə qətl edilmiş qadın və uşaq bədənlərini tapmaq çox dəhşətli idi. Minlərlə kişinin ölü bədəni kiçik bir qalanın içərisinə sərilmişdi! (…) Şəhər, demək olar ki, tamamilə talanmışdı və hələ də müxtəlif yerlərdən tüstü yüksəlirdi. Cəsədlərin çürüməsindən gələn üfunət, üstünlük təşkil edən istiliklə birlikdə dözülməz və, şübhəsiz, yoluxucu idi.[7] "
Rus qoşunlarının Tiflisə daxil olması, 26 noyabr 1799, rəssam Frans Rubo, 1886

Tiflisin ələ keçirilməsi və Şərqi Gürcüstana effektiv nəzarətin olmasından sonra[4][11][27] Ağa Məhəmməd xan sələfi Nadir şahdan 60 il sonra sonra Muğan düzündə, 1796-cı ildə şah olaraq elan edildi.[4] Kembric İran Tarixinə görə, Rusiyanın müttəfiqi Gürcüstan cəzalandırılmışdı və Rusiyanın imici zədələnmişdi. II İrakli şəhəri yenidən qurmaq üçün Tiflisə qayıtsa da, paytaxtın məhvi onun ümid və layihələrinə ağır zərbə vurdu. Tiflisin işğal edildiyini öyrənən general Qudoviç buna görə gürcülərin özünü günahlandırdı.[28] II Yekaterina Qudoviçin məsləhəti ilə[28] Rusiyanın imicini bərpa etmək üçün 1796-cı ildə İrana müharibə elan etdi və Valerian Zubovun rəhbərliyindəki ordunu eyni ilin aprelində Qacar ərazilərinə göndərdi, ancaq Yekaterinanın xələfi, noyabrda hakimiyyətə gələn I Pavel əməliyyatı dayandırdı.

Gürcüstan üzərinə ikinci hücuma hazırlaşan Ağa Məhəmməd Şah 1797-ci ildə Şuşada,[28] sui-qəsd nəticəsində öldürüldü. Təcrübəli kral İrakli isə bir il sonra, 1798-ci ilin əvvəlində öldü. Gürcüstan İran hakimiyyəti uzun çəkmədi: 1799-cu ildə ruslar Tiflisə daxil oldular.[29] Növbəti iki qarışıqlıq və çaşqınlıq dövrü olaraq keçdi və zəifləmiş və dağıdılmış Gürcüstan krallığı, paytaxtı ilə birlikdə 1801-ci ildə rahatlıqla Rusiya İmperiyasına birləşdirildi.[8][22] İran əsrlər boyunca ərazisinin tərkibində olmuş ZaqafqaziyaDağıstanı güzəştə gedə bilmədiyi üçün[13] Krtsanisi döyüşünün nəticələri daha amansız Rusiya-İran müharibəsi (1804–1813)Rusiya-İran müharibəsinə (1826–1828) səbəb oldu. Bu müharibələrdən sonra İran Gülüstan (1813) və Türkmənçay müqavilələrinin (1828) şərtlərinə görə Zaqafqaziya və Dağıstanı Rusiyaya verdi.

  1. Yarshater, Ehsan. Encyclopaedia Iranica. 8. Routledge & Kegan Paul. 2010. səh. 72. (..) Aga Mohammad Khan then proceeded to punish Erekle and capture Tbilisi, which resulted in the bloody conquest of eastern Georgia.
  2. Fisher, William Bayne. The Cambridge History of Iran. 7. Cambridge University Press. 1991. 128–129. Agha Muhammad Khan remained nine days in the vicinity of Tiflis. His victory proclaimed the restoration of Iranian military power in the region formerly under Safavid domination.
  3. 1 2 Axworthy, Michael. Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2010. səh. 283. The Qajars eventually won the struggle, and under Agha Mohammad Khan set about re-establishing Persia's traditional boundaries. Agha Mohammad Khan reconquered Georgia in September 1795.
  4. 1 2 3 4 Michael Axworthy. Iran: Empire of the Mind: A History from Zoroaster to the Present Day Arxivləşdirilib 2015-06-10 at the Wayback Machine Penguin UK, 6 nov. 2008 ISBN 0141903414
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Donald Rayfield. Edge of Empires: A History of Georgia Arxivləşdirilib 2015-07-06 at the Wayback Machine Reaktion Books, 15 feb. 2013 ISBN 1780230702 p 255
  6. 1 2 Kalistrat Salia. History of the Georgian nation Arxivləşdirilib 2021-09-27 at the Wayback Machine N. Salia, 1983. University of Wisconsin – Madison p 351
  7. 1 2 3 4 5 Fisher və b. 1991. səh. 128
  8. 1 2 3 4 5 6 Lang, David Marshall (1962), A Modern History of Georgia, p. 38. London: Weidenfeld and Nicolson.
  9. 1 2 Malcolm, Sir John (1829), The History of Persia from the Most Early Period to the Present Time, pp. 189-191. London: John Murray.
  10. "Tiflis", in: Yust, Walter (ed., 1952), The Encyclopædia Britannica — A new survey of universal knowledge. Volume 14, p. 209.
  11. 1 2 Fisher, William Bayne. The Cambridge History of Iran. 7. Cambridge University Press. 1991. 128–129. (…) Agha Muhammad Khan remained nine days in the vicinity of Tiflis. His victory proclaimed the restoration of Iranian military power in the region formerly under Safavid domination.
  12. Yarshater, Ehsan. Encyclopaedia Iranica. 8. Routledge & Kegan Paul. 2010. səh. 72. (..) Aga Mohammad Khan then proceeded to punish Erekle and capture Tbilisi, which resulted in the bloody conquest of eastern Georgia.
  13. 1 2 3 Fisher və b. 1991. səh. 329-330
  14. "Edge of Empires: A History of Georgia". 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2015.
  15. Suny, 1994. səh. 55
  16. Hitchins, 1998. səh. 541-542
  17. 1 2 3 4 5 6 7 8 9 Fisher və b. 1991. səh. 328
  18. Perry, 1991. səh. 96
  19. 1 2 Fisher və b. 1991. səh. 327
  20. Mikaberidze, 2011. səh. 327
  21. 1 2 Mikaberidze, 2011. səh. 409
  22. 1 2 Suny, Ronald Grigor (1994), The Making of the Georgian Nation, p. 59. Indiana University Press, ISBN 0-253-20915-3
  23. 1 2 Tapper, Richard (1997), Frontier Nomads of Iran: A Political and Social History of the Shahsevan, p. 122. Cambridge University Press, ISBN 0-521-58336-5.
  24. 1 2 Fisher və b. 1991. səh. 126
  25. Ḥasan-e Fasāʼi, Fārsnāma-ye Nāṣeri, tr. Busse, p 66
  26. Ioselian, 1866. səh. 190
  27. Cronin, Stephanie. ARMY iv a. Qajar Period // Encyclopaedia Iranica. 2011. In the late 18th century Āḡā Moḥammad Khan, with the military forces he was able to muster, successfully established Qajar rule throughout Iran and temporarily drove the forces of the advancing Russian empire back beyond Tbilisi, reasserting Iranian supremacy over the kingdom of Georgia (cf. Atkin, 99-122).
  28. 1 2 3 Fisher və b. 1991. səh. 329
  29. Alekseĭ I. Miller. Imperial Rule Arxivləşdirilib 2020-08-06 at the Wayback Machine Central European University Press, 2004 ISBN 9639241989 p 204