Ksavye Bişa

Ksavye Bişa
fr. Xavier Bichat
Doğum adı Marie François Xavier Bichat
Doğum tarixi
Doğum yeri Tuarett
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Paris
Vəfat səbəbi tif qızdırması[d][1]
Dəfn yeri
Elm sahələri Histologiya, tibb
Tanınmış yetirməsi Laura Bassi
Tanınır Histologiya, Toxuma
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mari Fransua Ksavye Bişa (fr. Marie François Xavier Bichat; 14.11.1771, Tuarett – 22.7.1802, Paris) — fransız həkimi, anatomu, fizioloqu; patoloji anatomiya və histologiyanın banilərindən biri.[3]

Tibb elmini LiondaParisdə öyrənmişdir. 1800-cü il dən Parisin “Hotel-Dieu” xəstəxanasında işləmişdir. İnsan bədəninin toxu maları haqqında ümumi anatomiya adlanan təlimi yaratmış və buna görə də fizioloji təbabətin banisi sayılır. Toxumaları həyatın əsas struktur və fizioloji vahidləri – bütün həyati (o cümlədən xəstələnmə) proseslərin daşıyıcıları hesab edirdi. Tibb elminə “toxuma” və “sistem” terminlərini daxil etmişdir. Dərkedilməz və canlını cansızdan fərqləndirən “həyat gücü”nün mövcudluğunu qəbul etmişdir.[3] 

  1. Google Books (çd.). 2005.
  2. Moiroux J. Le cimetière du Père-Lachaise (fr.). Paris: 1908. P. 72.
  3. 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 149. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]