Ktulxu mifologiyası, Amerikalı dəhşət ədəbiyyatı yazıçısı Hovard Filips Lavkraft tərəfindən yaradılan uydurma kainat və bu kainatdakı bütün hekayələrini əhatə edən mətnlərin hamısına verilən adlardır. Adın əsası isə 1928-ci ildə ‘Weird Tales’ jurnalında nəşr edilən ‘Ktulhunun çağırışı’ əsərindən götürülmüşdür. (əsər Lavkraft tərəfindən yazılıb)
Ktulxu mifalogiyasına aid tanrılar :
Azatot (ing. Azathoth) - ən güclü ruh olaraq digər Tanrıları idarə edir.
Yoq-Sotot (ing. Yog-Sothoth) - digər dünyaları, dövrləri bir-biri ilə əlaqələndirən Tanrı.
Ktulxu (ing. Cthulhu) - Qədim Tanrıların qardaşı.
Xastur (ing. Hastur) - Kainatdan kənarda yaşayan və adətən tufan kimi gələn Tanrı.
Yiq (ing. Yig) - Hindularda ilana bənzər Tanrı. İnanclara görə bütün ilanlar onun övladı olmuş, o, adamları ilanabənzər-insana çevirə bilirdi. Lavkraftın təsvir etdiyinə görə Hindular Yiqdan qorunmaq üçün aylar boyu dayanmadan barabanlara vururdular.
Dagon - (ing. Father Dagon) - sualtı Tanrı olmuş, bütün suda yaşayan canlılar ona tabe olub. Təsvirinə görə daha çox amfibiyaya oxşayıb. Qədim Tanrılardan ən cavanı olub.