Kukla | |
---|---|
ing. The Boy | |
Janr | qorxu filmi, triller filmi |
Rejissor | Uilyam Brent Bell |
Prodüserlər |
|
Baş rolda | Rollarda |
Operator | Deniel Perl |
Bəstəkar | Bear Makkriri |
İstehsalçı |
|
Distribütor | STX Entertainment |
İlk baxış tarixi | 18 fevral 2016[5], 28 yanvar 2016[6], 2016 |
Müddət | 97 dəqiqə[1] |
Büdcə | 10 milyon $[2] |
Gəlir | 64.2 milyon $[3] |
Ölkə | |
Dil | ingilis dili |
Sonrakı film | Kukla 2: Brams |
Rəng | rəngli |
Çəkiliş yeri | Britaniya Kolumbiyası |
IMDb | ID3882082 |
Kukla və ya Lənətlənmiş uşaq (orijinal adı: The Boy) Rejissor Uilyam Brent Bell tərəfindən 2016-cı ildə çəkilmiş filmdir. Amerika qorxu filmidir.[7] Filmin ssenari müəllifi Steysi Menerdir. Filmdə baş rolları Loren Koen və Rupert Evans ifa edirlər. Film Çin və ABŞ arasında istehsal olunmuş beynəlxalq müştərək layihədir.[4] Filmin çəkilişləri 10 mart 2015-ci ildə Britaniya Kolumbiyası ştatının Viktoriya şəhərində başlamışdır. STXfilms 22 yanvar 2016-cı ildə Kukla filmini ABŞ-da nümayiş etdirmişdir. Film 10 milyon dollarlıq büdcəsi ilə dünya miqyasında 64 milyon dollar gəlir əldə etmişdir. Filmin müstəqil davamı olan Kukla II, 21 fevral 2020-ci ildə nümayiş edilmişdir.
14 iyul 2014-cü ildə Şeytan daxildədir filminin rejissoru olan Uilyam Brent Bellin prodüserlər Tom Rozenberq, Qeri Luçhesi, Roy Li, Mett Berenson, Cim Vedaa ilə bərabər Lakeshore Entertainment və Vertigo Entertainment şirkətləri ilə birlikdə istehsal edəcəkləri fövqəltəbii triller filmi olan The Inhabitant filminin rejissoru olacağı bildirilmişdir.[10] Filmin ssenarisi Steysi Miner tərəfindən yazılmışdır.[10]
23 yanvar 2015-ci ildə Loren Koen o vaxta qədər adı Kukla olan filmdə baş rolu oynamaq üçün sənəd imzalamışdır.[8] 11 mart 2015-ci ildə Cim Norton, Diana Hardkastl, Ben Robson, Rupert Evans və Ceyms Rasselində daxil olduğu, daha çox aktyor heyəti (kastinq) elan edilmişdir.[9]
10 mart 2015-ci ildə “Kukla” filminin əsas çəkilişləri rəsmi olaraq Kanadada yerləşən Britaniya Kolumbiyası ştatının Viktoriya şəhərinin Kreyqdarroç qalasında başlamışdır.[11] Filmin çəkilişləri bir ay sonra, 12 aprel 2015-ci ildə başa çatmışdır.[12]
25 fevral 2015-ci ildə STX Entertainment filmin ABŞ-dakı hüquqlarını əldə etmiş və filmin 5 fevral 2016-cı ildə təqdim ediləcəyini bildirmiş, lakin 2015-ci ilin mart ayında filmin nümayiş tarixi 22 yanvar 2016-cı il olaraq müəyyən edilmişdir.[13][14]